() — aləminin tipinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid heyvan növü. Cənubi Qafqaz subendemikidir.
Təsviri Qanadları açıq halda 30-34 mm ölçüdə olan kiçik kəpənəkdir. Ön və arxa qanadlar üzərində qırmızı ləkə vardır. Alt tərəfdə isə bu ləkə narıncı rəngdədir. Dişilərdə arxa qanadların alt tərəfi yaşıl, erkəklərdə isə mavidir.
Yayılması Cənubi Ermənistan, cənub-qərbi Gürcüstan, Türkmənistan (Kopetdağ), Azərbaycanda – Naxçıvan MR, Altıağac.
Həyat tərzi Kserofil bitkilər olan iri yarğanlar və çox da dərin olmayan dərələr yaşayış yerləridir. Kəpənəklər mayda və iyunun əvvəllərində uçur. Tırtıllar iyunda birillik gəvənin yarpaqları ilə qidalanır. Pup mərhələsində qışlayır. İldə bir nəsil verir.
Sayı R.Əffəndi tərəfindən Naxçıvan MR ərazisində 4, Altıağacda 5 kəpənəyi qeydə alınmışdır.
Məhdudlaşdırıcı amillər Kəpənəklərin təbii məhdudlaşdırıcı amilləri sırasına yırtıcı milçəklər – ktırlar daxildir. Həvəskar kolleksiyaçılar tərəfindən tutulması da kəpənəyin sayına təsir edir.
Qorunması üçün qəbul olunmuş tədbirlər Azərbaycanın Qırmızı kitabının I nəşrinə daxildir.
Qorunması üçün məsləhət görülmüş tədbirlər Kəpənəyin yaşayış yerləri qorunmalı, kəpənəklərin tutulmasinin qadağan edilməsi.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Avrasiya həşəratları