Rarotonqa Beynəlxalq Hava Limanı — () — Kuk adalarının yeganə beynəlxalq hava limanı. Hava limanı Rarotonqa adasının Avarua şəhərinin işgüzar hissəsindən 3 km qərbdə, şimal sahildə yerləşir.

Hava limanı 1975-ci ildə İkinci dünya müharibəsində ABŞ-nin hərbi baza kimi istifadə etdiyi yerdə açılmışdır.

2003-cü ildə 650.000 $ qarşılığında hava limanı yenidən təmir olunmuşdur.

2009-cu ildə yenidən təmir işləri başladılmış və yeniləmə layihəsində 8,5 milyon $ xərclənmişdir. Yeni hava limanının açılışı 2010-cu ilin 22 iyununda baş tutmuşdur.

Hava limanına avtomagistrallar çox yaxın olduqlarından təyyarələrin hava limanına enmələrinə yaxından baxmaq mümkündür. Xüsusilə R 8 yolu bu baxımdan seçilir.

Hava yolu şirkətləri və məntəqələr

Qalereya

İstinadlar

Xarici keçidlər

NCRG məlumatı

Kateqoriya:1978-ci ildə yarananlar Kateqoriya:Yeni Zelandiya hava limanları Kateqoriya:Kuk adaları hava limanları