thumb Aulacopone relicta — Kiçik ölçüyü Qarışqa olaraq Aulacopone cinsinə aid növ. Azərbaycanın endemik canlısı.

Yayılması Bu qarışqa Azərbaycanda aşkarlanmışdır. İki tapıntı Arnold Konstantin Vladimiroviç tərəfindən aşkarlanmışdır. Birinci tapıntı 1929-ci ildə Talış dağlarının ətəklərində Lənkərandan 40 km cənub-qərbdə Ələzəpin kəndi yaxınlığında meşədə (38° 45'N., 48° 50'E.) aşkarlanmışdır. İkinci tapıntı isə Azərbaycanın şimalında Ququlyabənd dağında, Alekseevka kəndi yaxınlığında (41° 22 N, 48° 34 E) aşkarlanır.

Məlumat Bədənin uzunluğu 4,25 mm; başın uzunluğu 1,08 mm; başın eni 1,02 mm; skapusun uzunluğu 0,59 mm; gözün maksimal diametri 0.24 mm; mezosomların uzunluğu 1,36 mm; skutumun eni 0,82 mm; petiolyusun eni 0,52 mm; petiolyusun hündürlüyü 0,58 mm; Postpetiolyusun eni 0,96 mm təşkil edir. Gözləri kiçikdir, üzəri tükcüklərlə örtülüdür. Növ ilk dəfə 1930-cu ildə sovet Mirmekoloqu Arnold Konstantin Vladimiroviç tərəfindən ətraflı araşdırılmış və onu qeydə almışdır. Bu növ qarışqa Lasius emarginatus qarışqa yuvasında palıd kötüyünün qabığında aşkarlanmışdırArnol'di, K. V. (1930). "Studien über die Systematik der Ameisen. IV. Aulacopone, eine neue Ponerinengattung (Formicidae) in Russland." Zoologischer Anzeiger 89:139-144..

İstinadlar

Ədəbiyyat Bolton B. (2003). Synopsis and classification of Formicidae. Mem. Am. Entomol. Inst. 71: 1-370.

Mənbə eol.org: Aulacopone relicta

Kateqoriya:Azərbaycanın endemik faunası Kateqoriya:Avrasiya həşəratları