Kuk adaları bayrağı — Kuk adalarının rəsmi dövlət bayrağı. Bayraq Sakit okeanda keçmiş Britaniya koloniyasının bayraqları əsasında hazırlanmışdır. Kuk adaları bayrağı yuxarı sol küncdə yer alan kiçik Böyük Britaniya bayrağından və 15 ədəd beşguşəli ulduzdan ibarətdir. Böyük Britaniya bayrağı Kuk adalarının bu ölkə ilə olan tarixi əlaqələrini, 15 ulduz isə ölkənin ibarət olduğu 15 adanı (Tonqareva, Rakahanqa, Manihiki, Pukapuka, Nassau, Suvarrou, Palmerston, Aitutaki, Manuae, Takutea, Aitu, Mitiaro, Mauke, Rarotonqa və Manqaia) təmsil edir. Göy rəng okeanı və sülhsevər Kuk adaları əhalisini simvolizə edir.
1973-1979-cu illərdə Kuk adalarının bayrağı yaşıl fon üzərində 15 sarı ulduzdan ibarət idi. Yaşıl rəng adalardakı həyatı, sarı rəng ada sakinlərinin etiqad, sevgi, xoşbəxtlik və öhdəliklərini təcəssüm etdirir. Ulduzların dairəvi şəkildə yerləşməsi adaların və ada sakinlərinin birliyinin göstəricisidir.FOTW - Historical Flags 1901-1979 (Cook Islands) . Accessed 19 Oct 2007.
Rənglər Rəng HTML MənasıGöy #00247D Okean və sülhsevərlik
Tarixi bayraqlar
İstinadlar
Xarici keçidlər World Statesmen - Kuk adaları
Kateqoriya:Kuk adalarının dövlət rəmzləri Kateqoriya:Ölkə bayraqları Kateqoriya:Ağ, göy və qırmızı bayraqlar Kateqoriya:Ulduzlu bayraqlar Kateqoriya:4 avqustda yarananlar Kateqoriya:1979-cu ildə yarananlar Kateqoriya:Yunion Cek olan bayraqlar Kateqoriya:Yerli xalqların bayraqları Kateqoriya:Asılı olan ərazilərin bayraqları Kateqoriya:1973-cü ilin bayraqları