Bəhram Nəsibov (Bəhram Paşa oğlu Nəsibov; ) — bəstəkar, şair, tarzən və gitaraçı.
Həyatı Bəhram Nəsibov 1942-ci il iyunun 22-də Füzuli rayonunun Aşağı Rəfədinli kəndində anadan olub. 12 yaşı olanda atasını itirir. 1962–1967-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun musiqili komediya şöbəsində Soltan Hacıbəyovun kursunda təhsil alıb. İlk dəfə mahnı yazmağa da həmin illərdə başlayıb. O vaxtlar yazdığı ilk mahnısı "Qarabağ" dillər əzbəridir. Bundan sonra bir-birinin ardınca "Sən də həmdəm, mən də həmdəm", "Var gülüşündə", "Şahnaz" təsnifi kimi məşhurlaşan "Deyin hardadır", "Səni qəmli görəndə", "Gecələr", "Bəxtəvər gəlin", "Ay gecikən məhəbbətim", "Qurban olum", "Sən güləndə", "Vuruldum, ay qız", "Xatirəsən", "Gəl inad etmə" və digər mahnılarını yazıb. Ümumilikdə 300-ə yaxın mahnısı var. Uzun illər bu mahnılar xalq mahnısı və müxtəlif təsnif adı altında təqdim edilib. Sonradan mahnılar Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyində müəllifin adına qeydiyyatdan keçib. Əksər mahnıların sözlərini də özü yazıb. B.Nəsibov həm də tarda və gitarada gözəl ifa edirdi. Bundan əlavə Bəhram Nəsibov çoxlu sayda şeirlər, bəhri-təvillər, uşaq mahnılarının müəllifidir.
1993-cü ildə Füzuli rayonunun işğalından bir neçə gün sonra beyninə qan sızıb. 5 il xəstə yatan şair, 1998-ci ildə vəfat edib.
Repertuarındakı musiqilər Ay dəli ceyran! Ay gecikən məhəbbətim Ay sevgilim, hardasan? Bacılar Bəxtəvər gəlin Deyin, hardadır! Dənizdə qağayı Eşqimin baharı Ey anam Bakı! Gecələr Gəl, inad etmə böylə! Gözləri xumarım Gözləyirəm yolunu Güldən incəsən Xatirəsən Xatırla məni (Barı yada sal mənə) İlk müəllimim Qadan mən alım / İlk baharımsan Qal, sənə qurban! Qarabağ Qayıt, sevgilim Mələksən Nədən yad olmuşam? Nədir xəyalın? Ötən gənclik Peyman etdik Saf eşqim Sahildə Sevdalı yar Sevimli dilbərim Sən güləndə Sən də həmdəm, mən də həmdəm Səni qəmli görəndə Sənsiz yaşaya bilmirəm Vəfalısan, gözəlim Var gülüşündə Vuruldum, ay qız!.. Yad ellərdə Yar gəldi Yoxdur cahanda
İstinadlar
Xarici keçidlər Baba Mahmudoğlu (Mirzəyev) - Ay sevgilim hardasan (Sevən canım sənə qurban) Bəhram Nəsibovun xatirə gecəsi Niyaməddin Musayev - Şahnaz təsnifi (Deyin hardadır)
Kateqoriya:Azərbaycan bəstəkarları Kateqoriya:Azərbaycan gitaraçıları Kateqoriya:Füzuli rayonunda doğulanlar Kateqoriya:SSRİ şairləri Kateqoriya:XX əsr şairləri Kateqoriya:Azərbaycan dilində yazan şairlər Kateqoriya:SSRİ bəstəkarları Kateqoriya:XX əsr bəstəkarları Kateqoriya:Azərbaycan yazıçıları