Süleymin kitabı və ya əsil adı ilə Ali-Muhəmmədin sirləri — şiə islam tarixində yazılmış ilk kitab. 200px|thumb|right|Kitabın ilk tərcüməsinin 2-ci nəşrinin üz qabığı

Haqqında Süleym ibn Qeysin kitabı şiə dünyasında qələmə alınmış birinci kitab hesab olunur. Onun müəllifi belə bir kitab yazmasını bir müddət hamıdan gizlətmişdir. Belə ki, o dövrə hakim olan siyasi vəziyyət bunu tələb edirdi. Müəllif qələmə aldığı kitabı ömrünün sonlarında etimadlı bir şəxsə ötürmüş və bundan sonra da insanlar arasında yayılmışdır. “İlk kitab” bir neçə İmamın təsdiqini almışdır. İmam Sadiq bu kitabı gizli həqiqətlərdən olan bir sirr kimi qələmə vermiş və onun hər haqq sevərin evində olmasını vacib bilmişdir.

Süleymin kitabının etibarlılığı Süleymin kitabı İslam aləminin ilk kitabı olmaqla yanaşı, həm də dövrümüzə qədər gəlib çatan ən qədim islami kitab da sayılır. 14 əsr boyunca bütün İslam alimləri Süleymin kitabına böyük önəm vermiş, ondan faydalanmışlar. Ən qədim mənbə kimi etibarlı şiə kitablarından biri hesab olunduğu üçün bir çox islam alimləri ondan sayısız olaraq iqtibaslar etmişlər. Süleymdən və onun kitabından qaynaq kimi istifadə etmiş sünni alimlərdən bəziləri bunlardır:

İbn Əsakir "Tarixi Dəməşq" kitabında,

Müttəqi Hindi "Kənzul-Ummal" kitabında və .s

Süleymdən hədis nəql edən şiə alimlərindən bəziləri bunlardır:

Şeyx Küleyni "əl-Kafi" kitabında,

Hüseyn ibn Səid "Zöhd" kitabında,

Əyyaşi "Təfsir" kitabında,

Şeyx Səduq "əl-Xisal" kitabında,

İbn Bistam "Tibbul-əimmə" itabında,

Şeyx Tusi "əl-Əmali" kitabında,

Əbu Məhəmməd Fəzl ibn Şazan ibn Xəlil "İsbatul-rəcət" kitabında,

Seyid nemətullah Cəzairi "Ənvarun-Numaniyyə" kitabında,

Həskani "Şəvahidut-tənzil" kitabında,

İbn Şəhraşub "Məsalib" kitabında,

Numan ibn Məhəmməd Təmimi əl-Məğribi "Əmirəl-möminin Əlinin fəzilətləri" kitabında

Məhəmməd ibn Süleyman Sənani "Şərhul-ixbar" kitabında və.s

Tərcümə və nəşr Kitab 2012-ci ildə Rövşən Abdullaoğlu tərəfindən "İlk kitab" adı ilə müxtəsər formada Azərbaycan dilinə tərcümə olunmuş, "Qədim Qala" nəşriyyatı tərəfindən I cild formasında çap olunmuşdur. Daha sonra 2-ci dəfə təkrar nəşr olunmuşdur.

Kitab 2015-ci ildə Taleh Abbasov tərəfindən "Ali-Muhəmmədin sirləri" adı ilə tam şəkildə Azərbaycan dilinə tərcümə olunmuş, "Nurlar" nəşriyyatı tərəfindən çap olunmuşdur.

İstinadlar

Həmçinin bax Süleym ibn Qeys əl-Hilali Şiə kitablarının siyahısı

Xarici keçidlər

Kateqoriya:Dini kitablar Kateqoriya:Şiə ədəbiyyatı Kateqoriya:Hədis kitabları Kateqoriya:VIII əsr Kateqoriya:IX əsrin ərəb dilində kitabları