Pol Poqba () — Liqa 1 klubu "Monako"da mərkəz yarımmüdafiəçsi kimi çıxış edən fransız peşəkar futbolçu. O, əsasən mərkəz yarımmüdafiəçisi kimi oynasa da, bəzən hücumameyilli yarımmüdafiəçi və ya müdafiəyəmeyilli yarımmüdafiəçi kimi də çıxış edir.

Parisin Lani-syur-Marn kommunasında anadan olmuş Poqba 2007-ci ildə "Havr" klubunun gənclər komandasına qoşulub, iki il sonra isə "Mançester Yunayted" klubuna keçib. O, "Mançester"də professional karyerasına başlamış, lakin oyunlarda məhdud sayda çıxışı onun 2012-ci ildə pulsuz transferlə İtaliyanın "Yuventus" klubuna qoşulmasına səbəb olmuşdur. O, burada kluba ardıcıl olaraq dörd dəfə A Seriyası, iki dəfə İtaliya Kuboku və iki dəfə İtaliya Superkuboku titulunu qazanmaqda kömək edib. İtaliyada olduğu müddətdə Poqba özünü dünyanın ən perspektivli gənc oyunçularından biri kimi sübut etmiş və həm 2013-cü ildə Qızıl oğlan mükafatının, həm də 2014-cü ildə Bravo mükafatının sahibi olmuşdur. 2015-ci ildə Poqba "Yuventus"a son on iki ildə ilk dəfə olmaqla 2015 Çempionlar Liqasının finalına yüksəlməkdə kömək edib.

Poqbanın "Yuventus"dakı çıxışı onun 2016-cı ildə o vaxtkı dünya rekordu olan 105 milyon avro transfer haqqı qarşılığında "Mançester Yunayted"ə qayıtmasına səbəb olub. Bu məbləğ 2021-ci ilə qədər bir ingilis klubunun ödədiyi ən yüksək transfer haqqı idi. Klubdakı ilk mövsümündə o, Liqa Kubokunu və Avropa Liqasını qazanıb. Çıxış etdiyi "Maçester" klubu 2018-19 mövsümündə İngiltərədə "ilin komandası" seçilmişdir.

Poqba beynəlxalq miqyasda 2013 FIFA U-20 Dünya Kubokunda Fransa millisinin kapitanı olmuş və turnirin "ən yaxşı oyunçu"su seçilmişdir. O, bir il sonra böyüklər üçün komandada debüt edərək 2014 FIFA Dünya Kubokunda oynayıb və burada "ən yaxşı gənc oyunçu" seçilib. O, Fransanı UEFA Avro 2016-da öz ölkəsində təmsil edib və onlar ikinci yerin sahibi olublar. Onun çıxış etdiyi Fransa millisi 2018 FIFA Dünya Kubokunun qalibi olub və finaldakı qol müəlliflərindən biri Poqba olub.

28 iyun 2025-ci ildə Poqba "Monako" ilə 30 iyun 2027-ci ilə qədər müqavilə imzalayıb.

Həmçinin bax Fransa milli futbol komandası Mançester Yunayted

İstinadlar

Kateqoriya:Mançester Yunayted FK futbolçuları Kateqoriya:Yuventus FK futbolçuları Kateqoriya:Fransa futbolçuları Kateqoriya:Legioner Fransa futbolçuları Kateqoriya:Fransa U-20 milli futbol komandasının futbolçuları Kateqoriya:Fransanın kişi futbolçuları Kateqoriya:İtaliya A Seriyası futbolçuları Kateqoriya:FİFA Dünya Kubokunun qalib futbolçuları Kateqoriya:Fransa Liqa 1 futbolçuları Kateqoriya:UEFA Avropa Liqası qalib futbolçuları Kateqoriya:İngiltərə Premyer Liqası futbolçuları Kateqoriya:Futbolda dopinq halları Kateqoriya:UEFA Avro 2016 futbolçuları Kateqoriya:2018 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:2014 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:Monako FK futbolçuları Kateqoriya:Havr FK futbolçuları Kateqoriya:İngiltərə Federasiya Kuboku finalı futbolçuları Kateqoriya:Fransa müsəlmanları Kateqoriya:UEFA Avro 2020 futbolçuları Kateqoriya:Fransa milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:Fransa U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:Fransa U-19 milli futbol komandasının futbolçuları Kateqoriya:İngiltərədə legioner Fransa idmançıları Kateqoriya:İtaliyada legioner Fransa idmançıları Kateqoriya:Cəngavərlik tituluna layiq görülmüş futbol şəxsləri Kateqoriya:UEFA Millətlər Liqasının qalibi olan oyunçular Kateqoriya:Qaradərili Fransa idmançıları Kateqoriya:İngiltərədə legioner futbolçular Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri