Məhəmməd Naci Şövkət Bəy () — İraq siyasətçisi. İraq hökmdarı I Feysəlin zamanın ölkənin baş naziri.

Erkən həyatı Məhəmməd Naci Şövkət 1893-cü ildə atası Şövkət Paşa əl-Rifət bəyin əyalət qubernatoru kimi çalışdığı əl-Küt şəhərində doğulmuşdur. Ailəsi ərəbləşmiş gürcü və türk mənşəyə malik idiGhareeb, Edmund A. (2004), Historical Dictionary of Iraq, p. 220. Scarecrow Press, ISBN 0-8108-4330-7.. Saaib, Sami və Rifət adlı 3 qardaşı olmuşdur. 1909-cu ildə Naci Bağdadda təhsilini baş vurduğu zaman, atasının Osmanlı parlamentinə seçilməsi ona İstanbulda Hüquq məktəbində oxumasına imkan yaratdı.

Hərbi xidməti Birinci Dünya müharibəsi başlayanda o, İraqın əl-Hila şəhərində baş prokurorun köməkçisi vəzifəsində çalışırdı. Osmanlı ordusuna qoşulan Şövkət iki il ərzində Yaxın Şərqdə gedən döyüşlərdə iştirak etdikdən sonra 1917-ci ilin martında yaxınlaşan Britaniya qoşunları tərəfindən ələ keçirildi. Britaniya Hindistanında yerləşən əsir düşərgəsinə aparılan Şövkətə və bir sıra digər ərəb zabitlərə azadlıq əvəzində ərəb üsyanına qoşulmaq təklif edildi. Şövkət bu təklifi qəbul etdi.

Baş nazirliyi 1932-ci ildə İraq kralı Feysəl 1930-cu ildə bağlanmış ingilis-İraq müqaviləsi ilə əlaqədar yaranmış siyasi narazılığı aradan qaldırmaq məqsədilə Şövkətə neytral hökumətə rəhbərlik təklif etdi. İraq siyasətində və müqavilə əleyhdarları tərəfindən güclü müxalifətlə üzləşən bu hökumət cəmi 5 ay davam etdi (3 noyabr 1932 - 20 mart 1933).

Səfirliyi 1935-ci ildə Türkiyəni yaxşı tanıdığına və türk dilini əla bildiyinə görə Şövkət İraqın Ankaradakı nümayəndəsi təyin olundu. Ankarada olduğu müddətdə o, müasir Türkiyəya heyranlıq qazanmaqla yanaşı ölkənin hakim dairələri ilə çox yaxşı əlaqələr qura bildi.

İstinadlar

Kateqoriya:İraq siyasətçiləri Kateqoriya:İraq baş nazirləri Kateqoriya:Birinci Dünya müharibəsi iştirakçıları Kateqoriya:İraqın Türkiyədəki səfirləri Kateqoriya:İstanbul Universitetinin Hüquq fakültəsinin məzunları