Android Studio — Google 'un Android əməliyyat sistemi üçün rəsmi İnteqrasiya olunmuş gəlişdirmə mühiti (IDE), JetBrains IntelliJ IDEA proqram təminatı üzərində qurulub və xüsusi olaraq Android proqramlaşdırma üçün dizayn edilib.

Android Studio 16 may 2013-cü ildə Google I/O konfransında nümayiş olunmuşdur. İDE 0.1 versiyasını 2013-cü ilin mayından açıq şəkildə yükləmək mümkündün oldu. 2014-cü ilin iyunundan 0.8 versiyasını ilə beta testləmə mərhələsinə gəldi. İlk stabil versiyası olan 1.0 2014-cü ilin dekabrında buraxıldı, həmçinin o zaman Eclipse üçün Android Development Tools (ADT) plagininin dəstəyini dayandırdı. Hazırkı stabil versiyası 3.2.1, 2018 ci ilin Oktyabr ayında buraxılmışdır

Sistem tələbləri Sistem tələbləri aşağıdakı kimidir: 3.x versiyası KriteriyalarİzahatƏS versiyasıMicrosoft Windows 7/8/10 (32 bit və ya 64 bit)

Mac OS X 10.10(Yosemite) və ya daha yüksək

GNOME və ya KDE ekran mühitinə sahib Linux(32 bitlik tətbiqləri icra etməyə qadir olan 64 bitlik sistem)(GNU C Kitabxanası (glibc) 2.19+)RAM Minimum 3 GB RAM, 8 GB RAM məsləhət görülür. Əlavə olaraq 1 GB Android Emulator üçün lazımdır. Disk sahəsi Minimum 2GB boş disk sahəsi lazımdır. 4 GB məsləhət görülür ( 500 MB İDE üçün+1.5 GB Android SDK və emulyatorun sistem obrazı üçün) Java versiyasıJava Development Kit (JDK) 8, OpenJDK paketinin istifadəsi məsləhət görülür Ekran ölçüsü 1280x800 minimum ekran ölçüsü

2.x versiyası Kriteriyalar İzahatƏS versiyası Microsoft Windows 7 və ya daha yüksək Mac OS X 10.9.5 və ya daha yüksək

GNOME və ya KDE ekran mühitinə sahib Linux RAM 8 GB RAM məsləhət görülür. Əlavə olaraq 1 GB Android Emulator üçün lazımdır. Disk sahəsi 500 MB Android Studio üçün + 1.5 GB Android SDK, emulyatorun sistem obrazı və keş üçün Java versiyasıJava Development Kit (JDK) 8, OpenJDK paketinin istifadəsi məsləhət görülür Ekran ölçüsü 1280x800 minimum ekran ölçüsü

1.x versiyası Kriteriyalar İzahatƏS versiyası Windows XP və ya daha yüksək Mac OS 10.8.5 və ya daha yüksək

GNOME,KDE,Unity ekran mühitinə sahib Ubuntu,Fedora və ya GNU/Linux DebianRAM Minimum 3 GB RAM, 4 GB RAM məsləhət görülür Disk sahəsi Minimum 500 MB boş disk sahəsi lazımdır. Əlavə olaraq minimum 1 GB Android SDK,emulyatorun sistem obrazı və keşlər üçün Java versiyasıJava Development Kit (JDK) 7 və ya daha yüksək Ekran ölçüsü 1280x800 minimum ekran ölçüsü

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Azad inteqrasiya olunmuş inkişaf mühitləri Kateqoriya:Proqram təminatı Kateqoriya:Windows üçün proqram təminatları Kateqoriya:Linux üçün proqram təminatları Kateqoriya:Google_proqram_təminatı Kateqoriya:Android proqramları