Vani () — Gürcüstanın İmereti diyarında, Sulori çayının sahilində (Rioni çayının qolu), Kutaisi şəhərinin 41 km cənub-qərbində yerləşən şəhər. 2014-cü ilin siyahıalmasına görə şəhərin əhalisi 3744 nəfərdir. Vani şəhəri 40 kənddən ibarət Vani bələdiyyəsinin (sahəsi 557 km2, əhalisi 24.512 (2014)) mərkəzidir.
Tarixi 1947-ci ildə Vani şəhəri ətrafında aparılan arxeoloji qazıntı işləri zamanı (N. Xoştariya və O. Lortkifanidze) qədim Kolxida şəhərinə aid yaşayış məntəqəsi ilə bağlı artifaktlar tapılmışdır. Bu şəhərin adı məlum olmasa da, tarixi 4 dövrə ayrılır. E.ə. VII–VIII əsrlərdə Vani şəhərinin mədəni mərkəz olduğu fərz edilir. Vanin e.ə VII–VI əsrlərdəki tarixi qədim mədni qatlarla, taxta məmulatlarla, qurbangahlarla, qəbiristanlıqlarla təmsil olunur. Vaninin Kolxida şəhərinin siyasi mərkəzi olduğu güman olunur. E.ə. III–IV əsrlərdə Vani şəhərində xeyli qurbangah və daş tikili tikilmişdir.
Müasir Vani şəhəri statusunu 1981-ci ildə əldə etmişdir. Şəhərdə 1985-ci ildə açılan tarix muzeyində Kolxidanın qədim tarixinə aid artifaktlar sərgilənir.
Qardaş şəhərlər Fallon, Nevada, ABŞ Aşkelon, İsrail, 2000 Prosser, Vaşinqton, ABŞ, 2010 Amvrosievka, Ukrayna, 2011
İstinadlar
Həmçinin bax Sulori Vani FC
Xarici keçidlər Otar Lordkipanidze Vani Arxeologiya Muzeyi Vani ABŞ Arxeologiya İnsititutunun saytında
Kateqoriya:Gürcüstan şəhərləri Kateqoriya:Asiyadakı arxeoloji abidələr Kateqoriya:Gürcüstandakı arxeoloji abidələr Kateqoriya:Kutaisi quberniyası Kateqoriya:Nekropollar Kateqoriya:Vani bələdiyyəsi