Böyük Şiştəpə — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Qızıl Qoç (Qukasyan) rayonunda kənd.İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" , Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2
Tarixi Rayon mərkəzindən 4 km məsafədə yerləşir. 1937-ci ilə kimi Ağbaba rayonunun tərkibində olmuşdur. "İrəvan əyalətinin icmal dəftərin"dəİrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z. Bünyatov və H. Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996. s.135 qeyd edilmişdir.
Toponim Azərbaycan dilində "dağın, təpənin zirvəsi, ən yüksək nöqtəsi" mənasında işlənən şiş sözü iləMəmmədov N. Azərbaycanın yer adları (oronimiya), Bakı, "Azərnəşr", 1993. s.42 "kiçik dağ" mənasında işlənən təpə sözünün birləşməsindən əmələ gəlmişdir.
"Böyük" sözü fərqləndirici əlamət bildirir. Relyeflə bağlı yaranan orotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Erm. SSR AS. RH-nin 12. XI.1946-cı il fərmanı ilə dəyişdirilib Medz Sepasar (Böyük Şiştəpə) qoyulmuşdur.
Əhalisi
İstinadlar
Kateqoriya:Ağbaba kəndləri Kateqoriya:Şirak mərzinin yaşayış məntəqələri