Qoncalı — Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd.İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" , Bakı, "Elm", 2002.
Tarixi Rayon mərkəzindən 14 km şimal-qərbdə yerləşir. Erməni mənbələrində Xancallı kimi qeyd edilirQorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s. 20. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdirПагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.140.
Toponimi Toponim gəncəli>qoncalı — İbrahim Bayramovun fikrincə türk etnonimiƏhmədova E. Azərbaycan etnonimlərinin leksik-semantik və struktur-linqvistik təhlili, NDA, Bakı, 1995. s.12 əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ehtimal ki, mənşəcə Anadoludakı Qonça kəndindən çıxmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Ermənistan prezidentinin 19. IV.1991-ci il fərmanı ilə adı dəyişdirilib Zarişat qoyulmuşdur.
Əhalisi Kəndin köklü sakinləri azərbaycanlıların etnogenezində iştirak edən qarapapaq türk tayfaları olmuşdur. Siyahıyaalmalarda qarapapaqlar xalq kimi göstərilmişdirQorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s.20–21. Kənddə 1886-cı ildə 178 nəfər, 1897-ci ildə 253 nəfər, 1908-ci ildə 303 nəfər, 1914-cü ildə 392 nəfər azərbaycanlı yaşamışdırQorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s.20–21, 104–105. 1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla qovulmuşdur. 1920-ci il noyabrın 29-da indiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılardan sağ qalanlar geri öz -kəndlərinə qayıtmışdır. Burada 1922-ci ildə 95 nəfər, 1931-ci ildə 134 nəfər, 1987-ci ildə 236 nəfərBayramov A. Qədim Oğuz ellərinin — Ağbaba, Şörəyel və Pəmbək bölgələrinin yer-yurd adları (toponimləri), Sumqayıt, 1996. s.167 azərbaycanlı yaşamışdır. 1918–1920-ci illərdə əhalisi qovulduqdan sonra 1926-cı ilə qədər kənd boş qalmışdır. 1926–1960-cı illərdə kənddə ermənilər yaşamışlar. Sonra onlar Gümriyə köçdükdən sonra Azərbaycan türkləri məskunlaşmışlar 1988-ci ildə kəndin əhalisi Azərbaycvana qovulmuşdur. 1988-ci ilin noyabr ayının axırlarında azərbaycanlılar yenidən Ermənistan dövləti tərəfindən qovulmuşdur. İndi ermənilər yaşayır.
İstinadlar
Kateqoriya:Ağbaba kəndləri Kateqoriya:Şirak mərzinin yaşayış məntəqələri