Danagirməz - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Abaran rayonunda kənd.İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" , Bakı, "Elm", 2002.
Tarixi Rayon mərkəzindən 7 km şimal-şərqdə, Alagöz dağının ətəyində yerləşir. Kəndin digər adı Damagirməz, Danadamagirməz olmuşdurQorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, «Melkonyan fond», 1932. s.4. Qafqazın 5 verstlik xəritəsindəПагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.74 qeyd edilmişdir.
Toponim dana heyvan adı ilə felin qeyriqəti gələcək zamanında işlənən girməz sözünün birləşməsindən əmələ gəlmişdir. Zootoponimdir. Mürəkkəb quruluşlu toponimdir.
Erm. SSR AS RH-nin 15.VII.1946-cı il fərmanı ilə adı dəyişdiriləcək Ovit, 21.X.1967-cı il fərmanı ilə yenidən adı dəyişdirilib Niqavan qoyulmuşdur.
1588-ci ilə aid mənbədə Qarabağın Bərdə sancağında Danagirli elinin yaşadığı göstərilirErmənistanda Azərbaycan mənşəli toponimlərin izahli luğəti 3 cild - Budaq Budaqov.
Əhalisi Kəndə ermənilər Türkiyədən köçürülmüşdürТюркская ономастика, АлмаАта, «Наука», 1984. s.587-590. Kənddə ermənilərlə yanaşı 1905-ci ildə 387 nəfər, 1914 - cü ildə 474 nəfər azərbaycanlı yaşamışdırQorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, «Melkonyan fond», 1932. s.96-97.
Kənddə yaşayan azərbaycanlılar 1918-ci ildə erməni təcavüzünə məruz qalaraq qırğınlarla deportasiya olunmuşdur. İndi ermənilər yaşayır.
İstinadlar
Kateqoriya:Abaran kəndləri Kateqoriya:Araqacotn mərzinin yaşayış məntəqələri