Frolov Mixail Fyodoroviç (5 yanvar 1910. Şamaxı rayonu, Hilmilli — 13 yanvar 1981, Bakı) — Sovet İttifaqı Qəhrəmanı (23.10.1943; 23.02.1961-ci ildə təqdim olunmuşdur), baş serjant.FROLOV Mixail Fyodoroviç — Şamaxı Ensiklopediyası

Həyatı Böyük Vətən müһaribəsinə qədər Şamaxı rayonunda mexanizator işləmişdir.

1941-ci ildə Sovet Ordusuna çağırılmışdır.

1941-43-cü illərdə tank qoşunları tərkibində Kursk və Ukrayna uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Dnepr çayının keçilməsində qəһrəmanlıq göstərmişdir.

1944-cü ildə ordudan buraxılmışdır.

Mükafatları Qırmızı Ulduz ordeni və medallarla təltif olunmuşdur.

İstinadlar

Kateqoriya:Şamaxı rayonunda doğulanlar Kateqoriya:Sovet İttifaqı Qəhrəmanları Kateqoriya:Bakıda vəfat edənlər Kateqoriya:II Fəxri Xiyabanda dəfn olunanlar