Rostislav Pevtsov (15 aprel 1987) — Azərbaycanı təmsil edən triatlonçu.
Karyerası Rostislav Pevtsov 2002-ci ildən idmanla məşğuldur. Şəxsi məşqçisi Lev Medvedevdir.
Rostislav Pevtsov 2015-ci ilin iyununda Birinci Avropa Oyunlarında mübarizə apardı. Finalda 1 saat 48 dəqiqə 4 saniyə nəticə göstərən Rostislav Pevtsov Birinci Avropa Oyunlarının bürünc medalın sahibi oldu. Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli 1299 nömrəli Sərəncamına əsasən I Avropa Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Rostislav Pevtsov "Tərəqqi" medalı ilə təltif edildi.
Rostislav Pevtsov Azərbaycanı 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Bununla da o, Azərbaycanı Olimpiya Oyunlarında təmsil edən birinci triatlonçu olaraq tarixə düşdü. Finalda Rostislav Pevtsov 1 saat 52 dəqiqə 6 saniyə nəticə göstərdi və olimpiadanı 38-ci pillədə başa vurdu.
Daha sonra Rostislav Pevtsov Azərbaycanı 2021-ci ildə Yaponiyanda baş tutan XXXII Yay Olimpiya Oyunlarında təmsil etdi. Finalda 1 saat 50 dəqiqə 46 saniyə nəticə göstərən Rostislav Pevtsov olimpiadanı 40-cı pillədə başa vurdu.
Rostislav Pevtsov 2024-cü ilin mayında Dünya Triatlonu tərəfindən açıqlanan reytinq cədvəlində 52-ci pillədə qərarlaşaraq Paris Olimpiadasına lisenziyanın sahib oldu.
İstinadlar
Kateqoriya:Azərbaycanın kişi triatlonçuları Kateqoriya:Azərbaycanın olimpiya triatlonçuları Kateqoriya:2015 Avropa Oyunlarında triatlonçular Kateqoriya:2015 Avropa Oyunlarında bürünc medal qazananlar Kateqoriya:Triatlonçular 2016 Yay Olimpiya Oyunlarında Kateqoriya:2020 Yay Olimpiya Oyunlarında triatlonçular Kateqoriya:Triatlonçular 2024 Yay Olimpiya Oyunlarında Kateqoriya:Azərbaycanın Ukraynadan milliləşdirilən idmançıları Kateqoriya:Azərbaycan olimpiya idmançıları Kateqoriya:Avropa Oyunlarının bürünc medalına sahib Azərbaycan idmançıları Kateqoriya:Azərbaycan vətəndaşlıq hüququnu almış şəxslər