Cənubi Amerika Birləşmiş Vilayətləri () — Cənubi Amerikada, 1810–1830-cu illərdə mövcud olmuş dövlət. Dövlət May inqilabı nəticəsində Rio-de-la-Plata vitse-krallığının (bəzən Rio-de-la-Plata birləşmiş vilayətləri adlanır) İspaniyadan müstəqillik elan etməsi ilə meydana gəlmişdir. Bu dövlətin ərazisi müasir Argentina, Uruqvay kimi dövlətlərin bütöv ərazisi və Boliviya, Braziliyanın müəyyən vilayətlərini özündə birləşdirirdi.
Rio-de-la-Plata birləşmiş vilayətlərinin müstəqilliyi 25 may 1810-cu ildə May inqilabı zamanı baş verir. Bu zaman vitse kral qovulur və birnci xunta yaradılır. 9 iyun 1816-cı ildə San-Migel-dе-Tukumanda konqres Rio-de-la-Plata birləşmiş vilayətlərinin adının dəyişdirilərək Cənubi Amerika birləşmiş vilayətləri () adlandırılmasına qərar verir və bu ad rəsmi olaraq 1920-ci ilə qədər qalır.
1825-ci ildə birləşmiş vilayətlərdən Boliviya ayrılır. 1828-ci ildə isə Argentina və Braziliya müharibəsi nəticəsində Sisplata vilayəti müstəqil Uruqvay dövlətinə çevrilir. Bundan sonra dövlətin adı dəyişilərək Argentina Konfederasiyası adlandırılır.
İstinadlar
Kateqoriya:Cənubi Amerika Kateqoriya:Tarixi respublikalar