"Bandırmaspor" — Türkiyənin Balıkəsir ilinin Bandırma ilçəsini təmsil edən peşəkar futbol klubu. Hazırda Türkiyənin 3-cü divizyonunda mübarizə aparır. Oyunlarını 5.400 azarkeş tutumlu Bandırma 17 Sentyabr stadionunda keçirir. Peşəkar liqalara yüksələn ilk ilçə komandasıdır.

Tarixi

"Bandırmaspor"un qurulmasından əvvəl Bandırmada "İdmanyurdu Gənclik" və "Mərmərə Gənclik" olmaq üzrə iki həvəskar futbol klubu fəaliyyət göstərirdi. 1965-ci ildə bu iki həvəskar futbol klubu birləşməyə qərar vermişdir. 1965-66 mövsümündə "Balıkəsir Bandırmaspor" tünd-qırmızı və ağ rənqlərlə qurulmuş və Türkiyə 2-ci divizyonuna qatılmışdır. 2-ci divizyona qatılmasıya Türkiyədə peşəkar liqalara qatılan ilk ilçə klubu olmuşdur.

İlk mövsümündə Qırmızı qrupu 6-cı yerdə bitimişdir. 1966-67 mövsümündə Bandırmaspor Türkiyə kubokunda yarım-finala qədər irəliləmiş, sonda "Altay"a uduzmuşdur. Ertəsi mövsüm kubokda ¼ finala qədər çıxan klub "Qalatasaray"a məğlub olmuşdur. 1973-74 mövsümündə 15-ci yeri tutaraq Türkiyənin 3-cü divizyonuna yuvarlanmışdır. Növbəti mövsüm Ağ qrup lideri kimi yenidən 2-ci divizyona qayıtmışdır. Uzun illər 2-ci divizyonda mübarizə aparan "Bandırmaspor" 1986-87 mövsümündə B qrupu axırıncı yerdə tamamlamış və 3-cü divizyona düşmüşdür. 1988-89 mövsümündə qrupunu birinci bitirərək 2-ci divizyona çıxmışdır. 1992-93 mövsümündə yenidən aşağı liqaya düşmüşdür. Uzun illər burada oynayan klub 2004-05 mövsümündə qrupunda sonucu yeri tutaraq Həvəskar Liqaya yuvarlanmışdır.

2008-09 mövsümündə "Bandırmaspor" yenidən 4-cü liqaya yüksəlmişdir. Ertəsi mövsüm 3-cü divizyona çıxmışdır.

2015-16 mövsümünwn yekununda ağ qrupda üçüncü yeri tutan Bandırmaspor, pleyy-off matçları nəticəsində finalda "Gümüşhanespor"u 2-0 məğlub edərək 1-ci Liqaya yüksəldi.

Uğurları Türkiyə 3-cü divizyonu Çempion: 3 (1974-75, 1988-89, 2009-10) Türkiyə Həvəskar Liqası 3-cü divizyona yüksəlmə: 1 (2008-09)

Azarkeşləri

"Bandırmaspor"un "Cinçuxuru", "Xroniklər" və "Panormos" adlı 3 fan-klubu mövcuddur. Ən əzəli rəqibi "Balıkəsirspor"dur.

İstinadlar

Xarici keçidlər TFF-da Bandırmaspor profili

Kateqoriya:Türkiyə futbol klubları