Elçin Tələt oğlu Bağırov () — Fövqəladə və səlahiyyətli səfir, Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəisi (2004–2022), Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərində fövqəladə və səlahiyyətli səfiri.

Həyatı Elçin Bağırov 8 aprel 1959-cu ildə Gəncə şəhərində anadan olub. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirib.

18 iyun 1984-cü ildən 2 mart 1992-ci ilə qədər Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində II katib, I katib və 4 may 1992-ci ildən 25 mart 2004-cü ilə kimi isə nazirliyin Dövlət protokolu idarəsi rəisinin müavini və rəisi vəzifələrində çalışmışdır.

Elçin Bağırov 2 mart 1992-ci ildən 2 may 1992-ci ilə qədər Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında Dövlət katibinin köməkçisi, 25 mart 2004-cü ildən 2022-ci ilə kimi Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəisi işləyib.

17 oktyabr 2022-ci ildə Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərində fövqəladə və səlahiyyətli səfiri təyin olunub.

İstinadlar

Xarici keçidlər Elçin Bağırov (Arxivləşdirilib)

Kateqoriya:Azərbaycan siyasətçiləri Kateqoriya:Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunları Kateqoriya:Azərbaycanın BƏƏ-dəki səfirləri