Murtuza Qasım oğlu Əhmədli () — Kimya elmləri doktoru, professor
Həyatı Murtuza Əhmədli 4 mart 1906-cı ildə Lənkəran şəhərində anadan olmuşdur. 1930-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Pedaqoji fakültəsinin Təbiət şöbəsini bitirmişdir. 1930-cu ildə elmi-pedaqoji fəaliyyətə başlamışdır. 1948-ci ildə doktorluq dissertasiyası müdafiə etmiş və həmin ildə professor elmi adı almışdır.
Murtuza Əhmədli 1941-ci ildən 1979-cu ilə qədər Bakı Dövlət Universitetinin Analitik kimya kafedrasının müdiri vəzifəsində çalışmışdır. Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edilmiş, Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür. Elmi fəaliyyəti əsasən üzvi reaktivlərin kimyada tətbiqi ilə əlaqədardır. Azərbaycanda fotometrik analiz mete əsasını qoymuş və inkişaf etdirmişdir. Yeni üzvi reaktivlər sintez etmiş, onları qeyri-üzvi maddələrin təyinində tətbiq etmiş, məlum reaktivlərin imkanlarının artırılması sahəsində mühüm tədqiqatlar aparmışdır Murtuza Əhmədli kompleks əmələgəlmə reaksiyalarını təkmilləşdirərək, mürəkkəb tərkibli sistemlərdən istifadə zamanı, fotometrik təyinatlarda, həssaslıq və s. kimi analitik göstəricilərin əhəmiyyətli dərəcədə yüksəldiyini müəyyənləşdirir.
O, SSRİ-nin bır sıra elmi-tədris mərkəzləri və akademiklər Y. A. Zolotov, İ. V. Tananayev, A. K. Babko, İ. M. Kor N. S. Poluetkov kimi alimlərlə əlaqələr yaradaraq, Azərbaycan kimyanın inkişafına və kimyaçı alimlərin hazırlanmasında yaxından iştirak etmiş və onlara rəhbərlik etmişdir. 400-dən çox elmi əsərin müəllifidir.
Onun rəhbərliyi ilə 18 namizədlik və doktorluq dissertasiyası müdafiə olunmuşdur.Bakı Dövlət Universitetinin professorları. — Bakı, 2014
İstinadlar
Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:Azərbaycan kimyaçıları Kateqoriya:Professorlar Kateqoriya:Bakı Dövlət Universitetinin professorları