Vladimir Abramoviç Roxlin — yəhudi riyaziyyatçı, alim.

Həyatı 1919-cu ildə Bakı şəhərində doğulmuşdur.A. M. Vershik (1989). Vladimir Abramovich Rokhlin—A biographical tribute (23.8.1919–3.12.1984) . Ergodic Theory and Dynamical Systems, 9, səh 629-641. doi:10.1017/S0143385700005265. Abram Roxlinin oğlu idi. Anasını 4 yaşında itirən Vladimir 1935-ci ildə Moskva Dövlət Universitetinə qəbul olmuş, 1941-ci ildə cəbhəyə könüllü getmiş, Nasist Almaniyasında əsir düşmüşdür. 4 il burada əsir qalmış, 2 il də Sovet düşərgələrində saxlanmışdır. Müəllimləri Andrey Kolmoqorov və Lev Pontryaginin səyləri nəticəsində azad edilərək riyaziyyata qayıtmışdı.В поисках утраченной топологии (под редакцией Л. Гийу и А. Марена), — Москва: Мир, 1989 (стр. 9). 1959-cu ildən sonra Leninqradda riyaziyyat dərsi demiş, həndəsə, ehtimal nəzəriyyəsi, entropiya barədə önəmli işlərə imza atmışdır. Roxlin teoreminin müəllifidir. 1984-cü ildə vəfat etmişdir.

Ailəsi Abram Roxlin və Henrietta Levensonun oğlu, Emmanuil Levensonun nəvəsi, Korney Çukovskinin bacısıoğludur. Riyaziyyatçı Vladimir Vladimiroviç Roxlinin atasıdır.

İstinadlar

Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Sankt-Peterburqda dəfn olunanlar Kateqoriya:Azərbaycan yəhudiləri Kateqoriya:SSRİ riyaziyyatçıları Kateqoriya:Moskva Dövlət Universitetinin məzunları Kateqoriya:XX əsr riyaziyyatçıları Kateqoriya:Yəhudi alimlər Kateqoriya:Aşkenazi yəhudiləri Kateqoriya:Moskva Dövlət Universitetinin müəllimləri Kateqoriya:Sankt-Peterburq Dövlət Universitetinin müəllimləri Kateqoriya:Fizika-riyaziyyat elmləri doktorları