Zeuqma Mozaika Muzeyi () — Türkiyənin Qaziantep şəhərində yerləşən və sahəsi 30.000 m2 olan arxeoloji muzey. Dünyanın ən böyük mozaika muzeyidir. Açıldığı ilk gündə 3000-dən çox ziyarətçi qəbul etmişdir.

Haqqında Həm memarlığı, həm də texnologiyası baxımından muzey dünyada öndə gedənlərdəndir. Muzey "İpək yolu" adı verilən E-400 yolunun üzərində inşa edilmişdir. 3 mərtəbəli 3 binadan ibarətdir. Bununla yanaşı 1.160 nəfəri qəbul edəcək konfrans salonuna da sahibdir. Muzeyin girişində isə Afina heykəli yerləşir. Burada yaşı 2000-dən çox olan mozaika sərgilənir. Mozaikaların çoxu Zeuqma antik şəhərindəndir. Dünyaca məşhur "Qaraçı qızı" mozaikası da burada qorunur.

İş rejimi Muzey hər gün ziyarətçilərə açıqdır. Aprel-oktyabr ayları arasında 09:00–17:00 saatlarında, noyabr-mart aylarında 09:00–17:30 saatlarında işləyir.

İstinadlar

Kateqoriya:Türkiyədəki arxeologiya muzeyləri Kateqoriya:Əlifba sırasına görə muzeylər Kateqoriya:Qaziantep muzeyləri Kateqoriya:Türkiyədəki incəsənət muzeyləri