Lev İliç Meçnikov (; ) — rus əsilli İsveçrə coğrafiyaçısı, inqilabçı, publisist.
Həyatı
Baxışları və ideyaları Məşhur rus alimi Lev Meçnikov (1838–1888) sivilizasiyaların əsasında coğrafi amillərin durduğunu iddia edirdi. Daha dəqiq desək, o, "Sivilizasiya və böyük tarixi çaylar. Müasir cəmiyyətin inkişafının coğrafi nəzəriyyəsi" adlı kitabında tarixi inkişafın əsasını hidrosferada görürdü. Onun fikrincə, böyük su hövzələri və yolları bəşər sivilizasiyasının formalaşmasında əsas rol oynamışlar. Alim bəşər tarixini 3 mərhələyə ayırırdı. Bu mərhələlərin sivilizasiyasının əsasını müvafiq olaraq — çay, dəniz və okean təşkil edir. Çay mərhələsi 4 qədim sivilizasiya — Nildə Misir, Dəclə və Fəratda Mesopotamiya, Hind və Qanqda Hindistan, Xuanxe və Yantsızı çaylarında Çin sivilizasiyası üzərində bərqərar olmuşdur. Dəniz mərhələsi (orta əsrlər və ya Aralıq dənizi) Karfagenin əsasının qoyulması ilə başlayıb, Böyük Karlın (742–814) hakimiyyəti ilə başa çatır. Okean mərhələsi isə Amerika qitəsinin kəşf olunması ilə başlayır.Мечников Лев Ильич. Цивилизация и великие реки. Москва, 1995 Göründüyü kimi, Lev Meçnikov sivilizasiyaların yaranmasında coğrafi amillərə üstünlük verirdi və bu prosesə konkret inkişaf trayektoriyası əsasında baxırdı.
İstinadlar
Kateqoriya:Rusiya publisistləri Kateqoriya:Rusiya inqilabçıları Kateqoriya:Rusiya coğrafiyaşünasları Kateqoriya:Rusiya yaponşünasları Kateqoriya:Vərəm xəstəliyindən ölənlər Kateqoriya:Cenevrə Universitetinin müəllimləri Kateqoriya:Rusiya imperiyasından mühacirət edənlər Kateqoriya:Tokio Universitetinin müəllimləri