Luiza Albertina de Brolyi, qrafinya d'Ossonvil ; 25 may 1818, Koppe — 21 aprel 1882, Paris) — fransız yazıçı və tarixçi, hersoq Viktor de Brolyinin və baronessa Hedviqa Qustava Albertina Stal fon Qolşteynin qızı, tanınmış yazıçı Anna de Stalın nəvəsi.
Həyatı Luiza de Brolyi 1836-cı ildə Jozef d'Ossonvil (1846-cı ildən qraf) ilə ailə həyatı qurmuş, ondan üç uşağı olmuşdur. İtaliyada səyahətə çıxdıqları zaman onlar Romadakı Fransa Akademiyasına rəhbərlik edən Jan Oqyust Dominik Enqr ilə tanış olurlar. 1840-cı illərin ilk yarısında Enqr Parisdə Luizanın portretini çəkir. Bu portret sonralar rəssamın ən məşhur rəsm əsərlərindən biri olur.
Luiza de Brolyi bir neçə ədəbi-tarixi əsərin müəllifidr; ona məşhurluğu İrlandiyanın azadlığı uğrunda mübarizə aparmış inqilabçı Robert Emmetin bioqrafiyası gətirmişdir. Qrafinya d'Ossonvil həm də Fransa Akademiyası ilə öz arasında olan məşhur "ailə bağları"na görə tanınır. Belə ki, o bir akademikin qızı, digərinin bacısı, üçüncüsünün arvadı, dördüncüsünün isə anası olmuşdur.
Əsərləri Robert Emmet (Robert Emmet). — P.: Michel Lévy Frères, 1858 Freylin xanım hersoqinya Burqundskayanın xatirələri (Souvenirs d'une demoiselle d'honneur de Mme la duchesse de Bourgogne). — P.: Michel Lévy Frères, 1861 Marqarita de Valua, Navarra kraliçası (Marguerite de Valois, reine de Navarre). — P.: Michel Lévy Frères, 1870 Lord Bayronun gəncliyi (La Jeunesse de lord Byron). — P.: Michel Lévy Frères, 1872 Lord Bayronun son illəri: Cenevrə gölünün sahilləri, İtaliya, Yunanıstan (Les Dernières Années de Lord Byron: Les rives du Lac de Genève, L'Italie, La Grèce). — P.: Michel Lévy Frères, 1874
İstinadlar
Kateqoriya:Fransa yazıçıları Kateqoriya:Fransız yazıçılar Kateqoriya:Fransa tarixçiləri Kateqoriya:Parisdə vəfat edənlər Kateqoriya:Qadın tarixçilər Kateqoriya:XIX əsr Fransanın qadın yazıçıları Kateqoriya:Fransa esseistləri Kateqoriya:Bioqrafiya (janr)