Martuni — sovet dövlət və partiya xadimi Aleksandr Fyodoroviç Myasnikovun təxəllüsü, həmçinin onun şərəfinə adlandırılan bir neçə toponimlərin adı:

Azərbaycan Respublikası Martuni rayonu — Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti tərkibinə daxil olan Azərbaycan rayonlarından biri. Martuni — Xocavənd şəhərinin əvvəlki adı. Martuni — Şəmkir rayonunda Günəşli kəndinin əvvəlki adı.

Ermənistan Respublikası Martuni rayonu — Ermənistan Respublikası ərazisində mövcud olmuş rayon. Mərkəzi Martuni şəhəri olmuşdur. Martuni — Ermənistanda şəhər. Martuni (Qaraqoyunlu) — Ermənistanda kənd.