Moskva Triumfal Darvazası () – 1834-1838-ci illərdə V. P. Stasovun layihəsi əsasında Rusiya-Osmanlı müharibəsinin (1828-1829) qələbə ilə nəticələnməsi şərəfinə Sankt-Peterburqda inşa edilmiş triumfal arkadır. Abidə Moskovski və Liqovski prospektlərinin arasında yerləşən Moskva darvazası meydanında yerləşir.Горбачевич К. С. , Хабло Е. П. Почему так названы?:Справочник. — СПб, Норинт, 2006

Tarixi

1936-cı ildə Moskva darvazası şəhər mərkəzinin cənuba, Hökumət Evi qarşısındakı Moskva meydanına köçürülməsi məqsədilə Moskva darvazasının demontaj olunmasına başlanmışdır.

Bu layihə çərçivəsində Moskva darvazasının yerində planlaşdırılan parkın salınması nəzərdə tutulmuşdu.Петербургский метрополитен. Линия 2, Станции и тоннели на сайте Санкт-Петербургская интернет-газета

1959-1960-cı illərdə darvaza tarixi-memarlıq abidəsi kimi 1936-cı ilin layihəsi əsasında əvvəlki yerində bərpa olunmuşdur (memarlar E. N. Petrova və İ. Q. Kaptsyuq).

1965-ci ildə Moskva darvazası qarşısındakı meydana Moskva meydanı adı verilmişdir. 1968-ci ildə isə meydanın tarixi adı bərpa olunaraq Moskva darvazası meydanı adlandırılmışdır.

1961-ci ildə inşa edilmiş və vestibülü meydanda yerləşən metro stansiyası da “Moskva darvazası” adlanır.

İstinadlar

Ədəbiyyat Гусаров А.Ю. Памятники воинской славы Петербурга. — СПб, 2010. — ISBN 978-5-93437-363-5. Xarici keçidlər

Kateqoriya:Sankt-Peterburq abidələri Kateqoriya:1834-cü ildə yarananlar Kateqoriya:Sankt-Peterburqdakı binalar və tikililər