Alvaro Servantes (; doğ. 12 sentyabr 1989) - İspaniyalı teatr və kino aktyoru. Bioqrafiya Barselona şəhərində anadan olmuş Alvaronun atası Xuan Ramon kompüter ticarəti üzrə mütəxəssis, anası Emilia isə floristdir. Məktəbdə oxuyarkən kiçik bir teatr tamaşasını oynadıqdan sonra, onda aktyorluq sənətinə böyük maraq yaranmışdı. O hələ incəsənət məktəbində təhsil alarkən, Xoakin Oristrelin rejissorluq etdiyi və ispan Televiziyası tərəfindən istehsal olunan "Nənə və yay tətili" teleserialında çəkilmişdi və bu onun aktyorluq sənətində ilk addımı idi. Ardından o təhsilini davam etdirmək üçün "Audiovizual kommunikasiyalar" fənnini öyrənməyə başladı, lakin onu tamamlaya bilmədi.

17 yaşı olarkən, Alvaro La invasion de los padres mutantes adlı qısametrajlı filmdə özünün ilk baş rolunu ifa edir; iki il sonra isə (yəni 2008-ci ildə), o Kataloniyalı kinorejissor Silvia Muntun "Bəraət" () filmində aktrisa Laia Marull ilə birgə çəkilmişdir. Həmin ildə o həmçinin İnma Turbaunun "Asılmışın oyunu" adlı romanın katalanca ekranizasiyasında baş rolda çəkilmək üçün keçirilən yarışmada qalib gəlir və burada o Klara Laqo ilə birgə çəkilməyə başlayır. Məhz bu filmdə göstərdiyi mükəmməl performansa görə, Alvaro "Ən yaxşı debüt roluna görə" Qoya Mükafatına namizəd seçilmişdi.

Mario Kasas və Maria Valverde ilə yanaşı, Alvaro rejissor və ssenari müəllifi Federiko Moççianın iki adaptasiyasında çəkilmişdi; onlardan biri Göyün yeddinci qatında (2010), digəri isə Göyün yeddinci qatı. Mən səni istəyirəm (2012) filmləri idi. 2011-ci ildə ekranizasiya olunmuş "Hanna" filmində isə, o irlandiyalı aktrisa Sirşa Ronan ilə birgə çalışmağa başlamışdı.

2012-ci ildə rejissor Xavier Villaverde tərəfindən ekranizasiya olunmuş Mələklərin seksi filmində, Alvaro Astrid Berje Frisbi və Lorens Qonzaleslə birgə çəkilmişdi. Filmdə o homoseksual gənc rolunu ifa etmişdi.

Kino ilə parallel şəkildə, Alvaro həmçinin bir sıra teleseriallarda da çəkilmişdi. Onların içərisində "Okeanın ürəyi" (), "Bədr gecəsi" () və "Al rəngli burun" () kimi teleserialların adlarını qeyd etmək olar.

Filmoqrafiya Filmlər İl Ad Orijinal adı Rol Qeyd 2006 Mutant valideynlərin işğalı La invasión de los padres mutantes Hixo Baş rolda (Qısametrajlı film) 2007 Davidin rəsmi Dibujo de David Maksi Baş rolda (Qısametrajlı film) 2008 Bəraət Pretextos Lukas İkincidərəcəli rol 2009 Asılmışın oyunu El juego del ahorcado David Baş rolda 2009 Qara rəngdə həyat Vivir de negro Borxa Baş rolda (Qısametrajlı film) 2010 Göyün yeddinci qatında Tres metros sobre el cielo Pollo Baş rolda 2010 Siz buludlarla əlaqədəsiniz El coito te nubla David Baş rolda (Qısametrajlı film) 2011 Faydasız Inservibles Xoven Baş rolda (Qısametrajlı film) 2011 Kasita Blanka öz mebeli ilə Meublé La Casita Blanca Mark Baş rolda 2011 Hanna Hanna Feliçiano İkincidərəcəli rol 2012 Mələklərin seksi El Sexo de los Ángeles Rai Baş rolda 2012 Göyün yeddinci qatı. Mən səni istəyirəm Tengo ganas de ti Pollo İkincidərəcəli rol(fleşbek) 2012 88 88 Alvaro Baş rolda 2012 Et Deux Par Deux Et Deux Par Deux ?? Baş rolda (Qısametrajlı film) 2014 Otel otağının hekayəsi A Hotel Room Story Oğlan Baş rolda (Qısametrajlı film)

Televiziya Teleseriallar İl Ad Orijinal adı Rol Qeydlər 2005 Nənə və yay tətili Abuela de verano Bioy İkincidərəcəli rol 2011 Ermessenda Ermessenda Ramon Berenger İkincidərəcəli rol 2011 Al rəngli burun Punta Escarlata Markos Rozas Baş rolda 2012-2013 Bədr gecəsi Luna, el misterio de Calenda Xoel Bernal Baş rolda 2014 Okeanın ürəyi El corazón del océano Alonso Baş rolda 2014 Qardaşlıq Hermanos Alberto Torres Baş rolda 2015 Karlos, imperator Carlos, emperador İmperator I Karlos Baş rolda 2015 Bizimki Los nuestros Toni SerraBaş rolda

Teatr Teatrda oynadığı obraz İl Ad Orijinal adı Obraz Qeydlər 2011 Kabus Íncubo Karmona Baş rol Mükafat və nominasiyalar Qoya Akademiyasının İllik Mükafatları İl Kateqoriya Film Nəticə2008Ən yaxşı aktyor debütuAsılmışın oyunu Malaqa Kino Festivalı İl Kateqoriya Film Nəticə2012Ən yaxşı ikincidərəcəli kişi rolu üçünMələklərin seksi Neoks Fan Mükafatı İl Kateqoriya Film Nəticə2012Ən yaxşı film aktyoruMələklərin seksi

İstinadlar

Xarici keçidlər Rəsmi saytı

Kateqoriya:Barselonada doğulanlar Kateqoriya:İspaniya aktyorları