Ceyms Forrest () — şotland futbolçu. Şotlandiyanın "Seltik" klubunda çıxış edir.

Karyerası

İlk illəri 1991-ci ildə Şotlandiyanın Prestvik bölgəsində anadan olmuşdur. Uşaq yaşlarında həm də tennis ilə də maraqlanan Ceyms Seltik klubunun skautlarının diqqətini çəkmişdir. 2003-cü ildə klubla müqavilə imzalamışdır. 2009-cu ilə qədər aşağı komandalarda oynayan futbolçu 30 avqust 2009-cu ildə "Seltik"lə peşəkar müqavilə imzalamışdır.

Seltik "Seltik"də ilk peşəkar oyununa 1 may 2010-cu ildə Motervelllə oyunda sonradan girərək çıxmışdır. Komandasının 4:0 qalib gəldiyi oyunda Ceyms 3-cü qolu atmışdır. İlk Avropa oyununa isə 2010-cu ilin iyulunda "Braqa"ya qarşı çıxmışdır. 2011-ci ildə oyunçu ilə "Tottenhem" klubu maraqlansa da Ceyms "Seltik"lə olan müqaviləsini uzatmaq qərarı almışdır.

Uğurları

Klub Şotlandiya çempionatı (3): 2011–12, 2012–13, 2013–14 Şotlandiya Kuboku (2): 2011, 2013

Gənc Şotlandiya U-19 çempionatı (1): 2010 Şotlandiya Gənclik Kuboku (1) 2010

Çıxışı KlubMövsümLiqaKubokLiqa KubokuAvropaCəmiOyunQolÖtürməOyunQolÖtürməOyunQolÖtürməOyunQolÖtürməOyunQolÖtürməSeltik2009–10210---------2102010–11193130000030025312011–12297620042080143972012–13153341310190129482013–141645100000103027752014–159122001003001512Cəmi901917121362133321412523Karyera cəmi901917121362133321412523

İstinadlar

Kateqoriya:Şotlandiya futbolçuları Kateqoriya:Şotland futbolçular Kateqoriya:Şotlandiyanın kişi futbolçuları Kateqoriya:Futbol vingerləri Kateqoriya:Şotlandiya Premyer Liqası futbolçuları Kateqoriya:Şotlandiya Peşəkar Futbol Liqası futbolçuları Kateqoriya:UEFA Avro 2020 futbolçuları Kateqoriya:UEFA Avro 2024 futbolçuları Kateqoriya:Şotlandiya milli futbol komandasının oyunçuları Kateqoriya:Futbol hücumçuları Kateqoriya:Seltik FK futbolçuları