Donuzlar körfəzi əməliyyatı və ya Donuzlar buxtası əməliyyatı () - 1961-ci ilin 17 aprel - 19 aprel tarixlərində Kubanın Donuzlar körfəzi ərazisində baş vermiş hərbi əməliyyat. Əməliyyat Kuba inqilabı vasitəsi ilə hakimiyyətə gələn Fidel Kastro və tərəfdarlarının hakimiyyətdən salınması üçün həyata keçirilmişdir. 2 gün davam edən döyüşlərdən sonra ABŞ tərəfindən dəstəklənən Sürgün Kuba Höküməti birlikləri məğlub olmuş və nəticədə əməliyyat ordunun qələbəsi ilə başa çatmışdır. Donuzlar Körfəzi əməliyyatı Soyuq müharibə dövrünün əhəmiyyəti hadisələrindən biri hesab olunur.
Arxa plan
1952-ci ildə ABŞ müttəfiqi olan Fulxensio Batista Kubanın Prezidenti Karlos Prioya qarşı dövlət çevirişi törədərək, onu Mayamiyə sürgünə qaçmağa məcbur etmişdi. Bundan baş verən Kuba İnqilabı zamanı Batista ordusu 1956-1959 arasında Fidel Kastronun partizanları ilə baş verən toqquşmalarda uğursuz olmuşdu. Bundan əlavə Batistanın həmin dövrdə törətdiyi repressiyaları onun qeyri-populyar eləmişdi. Nəticədə, 1958-ci ilin dekabrın 31-də Batista istefa edib vəözü ilə 300 million ABŞ dolları alaraq ölkədən qaçmış.Bourne 1986. pp. 158–159.Quirk 1993. pp. 203, 207–208.Coltman 2003. p. 137.
O zaman, Kubanın neft emalı zavodları ABŞ-ın Esso, Standard Oil və Shell şirkətlərin idarəsi altında idi. Yeni hökumət onlara SSRİ-dən gələn nefti emal etməyə əmr verib, lakin onlar ABŞ-ın təzyiqi altında olduqlarına görə, bundan imtina etmişdilər. Buna görə Kastro həmin zavodları müsadirə edib, millətləşdirmişdi. ABŞ buna cavab olaraq, Kubadan şəkər idxalını dayandırıb. Kastro isə, ABŞ-yə aid olan aktivlərinin böyük hissəsini, o cümlədən şəkər emal zavodlarını və bankları millətləşdirib.Bourne 1986. pp. 205–206.Quirk 1993. pp. 316–319.Coltman 2003. p. 173. 1960-cı ilin mart ayında Havana limanıda La Coubre adlı fransız yük gəmisinin partlaması Kubanın ABŞ ilə münasibətlərini daha da pisləşdirib. Olayın səbəbi günümüzə qədər bilinmir, amma Kastro ictimai şəkildə ABŞ-ı sabotajda günahlandırmışdı.Bourne 1986. pp. 201–202.Quirk 1993. pp. 302–302.Coltman 2003. p. 172.
Artıq erkən 1960-cı ildə Mərkəzi Kəşfiyyat İdarəsində (MKİ) Kastronun hökumətini devirmək fikri ortaya çıxdı.Quirk 1993. p. 303. Kastronun ABŞ-yə açıq şəkildə qarşı çıxmasını görən Eyzenhauer MKİ-yə onu devirmək məqsədi ilə Kubaya istilaya hazırlaşmağa tapşırmışdı. Eyzenhauer MKİ-n başçısı olan Riçard Bisselin planına razılığını verib və beləliklə, Donuzlar Körfəzi əməliyyatı üçün yarı hərbi qüvvələrin hazırlığı başlamışdı.Ambrose 2007. pp. 499–500.
İstinadlar
Kateqoriya:Fidel Kastro Kateqoriya:Soyuq müharibə Kateqoriya:1961-ci ildəki münaqişələr Kateqoriya:Kubada inqilablar Kateqoriya:ABŞ-nin müharibələri Kateqoriya:ABŞ silahlı qüvvələri Kateqoriya:Antikommunizm Kateqoriya:Antiimperializm Kateqoriya:Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən keçirilmiş əməliyyatlar Kateqoriya:Vasitəçilik müharibələri Kateqoriya:ABŞ-nin döyüşləri Kateqoriya:1961-ci ildə hərb tarixi Kateqoriya:1961-ci ildə siyasət Kateqoriya:1961-ci ildəki münaqişələr Kateqoriya:ABŞ tarixi (1945–64) Kateqoriya:ABŞ-nin döyüşləri Kateqoriya:ABŞ-nin xarici əlaqələri Kateqoriya:Antiimperializm Kateqoriya:Çe Qevara Kateqoriya:Əks-inqilab Kateqoriya:İstilalar Kateqoriya:Karib böhranı Kateqoriya:Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən keçirilmiş əməliyyatlar Kateqoriya:Riçard Nikson Kateqoriya:Vasitəçilik müharibələri