İslamda baş kəsmə — Şəxslərin başlarının kəsilməsi ilə cəzalandırılması. İslam ölkələrinin bəzilərində bu gün belə bu cəza metodundan istifadə edilməkdədir. Baş kəsmə cəzası bir çox ərəb ölkələrində qadağan edilmişdir. Cəza metodundan əsasən radikal islam təşkilatları tərəfindən istifadə edilir. İran, Qətər və Yəməndə cinayətkarların bu şəkildə cəzalandırılması ilə bağlı qanunlar mövcud olsa da bu üsulun istifadəsi həyata keçirilmir. Baş kəsmə cəzasını tətbiq edəndə yeganə islam dövləti Səudiyyə Ərəbistanıdır. Xarici dövlətlərin etirazlarına baxmayaraq dövlət bu cəza metodunun həyata keçirməyə davam edir. Şəxsin başının qılınc ilə kəsirlərək öldürülməsi adətən xüsusi-ağır cinayətlər törətmiş şəxslərə qarşı tətbiq edilir. 2002-ci ildən etibarən Əl-Qaidə və İraq Şam İslam Dövləti tərəfindən əsir alınmış şəxslərin başlarının kəsilməsi və bunların kütləvi şəkildə nümayiş etdirilməsinin ardından mövzunun yenidən aktuallaşmasına səbəb olmuşdur.

İstinadlar

Kateqoriya:Cəzalar Kateqoriya:İslam Kateqoriya:İslam tarixi