Charley ATL (tələffüzü: Çarli ATL) — 1987-ci ildə yaranmış Azərbaycan rok qrupu. Yaradıcılıq dövrü boyu proqressiv art-rok janrında ifa edib.

Tarixi Qrup öz yaradıcılığında Kinq Krimson , Centl Cayant, Raş, Frank Zappa və başqaları kimi belə artistlərin təsirini hiss etdi. Bundan başqa, Charley ATL Azərbaycanda, heç nə ilə müqayisə olunmayan, öz ciddi poetik stilini hazırlayan ilk rok qrupa çevrildi. Çalğı aləti kimi qrup öz musiqilərində Tar alətindən də istifadə etmişdi. Təəssüf ki, qrup yalnız "Hind kinosunun qurbanlarına həsr olunur.." (1990) adlı bir albom çıxara bildi.

Bu alboma «Şah İsmayıl», «Körpə», «Energy», «Anqola camaatı», «Sakitlik-məhəbbət», «Good morning children», «Nara-Nara», «Freyd dünyası» və başqa mahnılar daxil idi. 1991-ci ildə qrupun keçmiş iştirakçılarından biri Vahid Mustafayev Zaqafqaziyada ANS adlı ilk müstəqil teleradio şirkətini əsasını qoydu. Qrupun demək olar ki, bütün musiqiçiləri studiyanın işçisi oldular. Studiya 1994-cü ildən 1998-ci ilə qədər səsyazma studiyalarının arasında lokal bazarda lider idi. Taleyin ironiyası ilə, qrup bu illərdə son vaxtlarını yaşayırdı. 1995-ci ildə «Charley ATL» qrupu öz yaradıcılıq mövcudluğunu bitirdi.

2017-ci ildə qrupun keçmiş üzvləri yenidən birləşərək "Gözəl Çöllər" mahnısını yenidən aranjman edərək klip çəkdilər.

Üzvləri Gündüz Bakılı (Süleymanov) — (Vokal-ritm-gitara) Stas Kalaşnikov - bas gitara İsgəndər Ələskərov – zərb alətləri Pavel Bulakov - proqramlaşdırma, klavişlər Gennadi Kasımov - zərb alətləri Eduard Ten - gitara (1994-cü ildə faciəvi həlak olub) Andron - bas Vahid Mustafayev - saksofon Rafiq Vəlimetov - gitara Vadim Koçerev - saksofon

Diskoqrafiya

+ Hind kinosunun qurbanlarına həsr olunur.. (1990) Sıra Mahnının adı Müddət 1 Freyd dünyası 04:05 2 Göyçaylı 04:54 3 Gözəl çöllər 06:10 4 Şah İsmayıl 04:20 5 Anqola camaatı 06:40 6 Good Morning Children 03:31 7 Körpə 05:17 8 Vətənpərvər Əlisəfər 03:31 9 Dülgər ağa 06:14 Xarici keçidlər Good Morning Children

Mənbə Charley ATL

Kateqoriya:Azərbaycan rok-qrupları Kateqoriya:Azərbaycan musiqi qrupları Kateqoriya:1987-ci ildə yaranan musiqi qrupları