“Ornanda dəfn” () — 1849—1850 ci illərdə fransız rəssamı Qüstav Kurbe tərəfindən işlənilmiş geniş formatlı: ölçüləri 315 × 668 sm olan tablo.
Tarixi Ornan — Kurbenin doğulduğu, Fransanın şərqində, İsveçrə ilə sərhəddə yerləşmiş Franş-Konte regionunda bir şəhərdir. Tabloda 1848 ci ildə salınmış o dövr üçün yeni Ornan qəbirstanlığı təsvir edilmişdir. Güman olunur ki, Kurbe bu tabloda ana tərəfindən olan babası Udonun ya da babasının qardaşı Klod Etyen Testin dəfn mərasimini təsvir etmişdir
Rəsm əsəri ilk dəfə 1851 ci ildə Paris Salonunda sərgilənərkən tamaşaçıların sərt reaksiya və tənqidlərinə məruz qalır. Tənqid edənlərin əksəriyyəti adi bir kənd dəfn mərasimini belə bir geniş formatda təsvir etməyə layiq görmürdülər. Bir çoxu da əsəri ələ salırdılar — onlardan biri K. Vinyon yazırdı::
Sujeti Kurbe əsərdə məhz şəxsiyyəti məchul qalan mərhumun ruhuna toxunmadan sırf onun cisminin dəfnini göstərməyə çalışmışdır. Kompzisiyanın qıraqlarında qərar tutmuş başı açıq fiqurlar Kurbenin iki babasına aiddirlər. Onlar dəfn arxası planda mehriban sahiblər kimi görünürlər. Sol tərəfdə indicə cənazəni gətirmiş olan geniş kənarlı şlyapalı dörd nəfərdən biri “Ornanda nahardan sonra dincəlmək” əsərindən tanıdığımız skripkaçıdır. Tabloda katolik məzhəbinə aid dəfn mərasimi olduğuna görə qadın və kişi iştirakçılar ayrı təsvir edilmişlər. Qadınların içində Kurbenin anasını və üç bacısını görmək mümkündür. Əsərdə üzləri və burunları qızarmış təsvir olunan içki hərisləri olan kilsə xadimləri tablonun mərkəzi hissəsində qərar tutmuşlar. Bununla Kurbe kilsə xadimlərini heç sevmədiyini göstərməkdədir.
İstinadlar
Mənbələr
Kateqoriya:Qüstav Kurbenin rəsm əsərləri Kateqoriya:Orse muzeyinin kolleksiyasındakı rəsm əsərləri Kateqoriya:Kətan üzərində yağlı boya ilə çəkilmiş rəsmlər Kateqoriya:Ölüm haqqında rəsm əsərləri