Xəlilova Elnarə Sabit qızı () — Azərbaycan müğənnisi və aktrisası. Dövlət Sərhəd Xidmətinin kapitanı

Həyatı

Uşaqlıq illəri Elnarə Xəlilova 1 oktyabr 1980-ci ildə Bakıda anadan olub. 1987-ci ildə 144 № orta məktəbə gedib, 1997-ci ildə həmin məktəbi bitirib. Elə həmin ildə Azərbaycan Dövlət Dillər Universitetinin Filologiya fakültəsinə daxil olub və universitetdən qırmızı diplomla məzun olub. Daha sonra təhsilini Milli Konservatoriyada davam etdirib.

13 yaşında ikən anası o "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti "Bənövşə" uşaq xorununa aparıb və ilk səhnə fəaliyyətini də belə başlayıb. Əfsər Cavanşirovun rəhbərliyi altında həmin xorun solisti olub. Sənətçi sonrada birlikdə çalışdığı Xuraman Şuşalı ilə burada tanış olub.

Gənclik illəri 1999-cu ildə "Qızıl Açar-99" mahnı müsabiqəsinin laureatı olub. 2000-ci ildə Vaqif Gərayzadənin triosuna dəvət alıb. Qrupda çalışdığı vaxtlar Zülfiyyə Xanbabayevanın, Aygün Kazımovanın və bir çox ulduzların bek vokalisti olub. Qrupdan ayrıldıqdan sonra "Şərq ulduzları" uşaq teatrında çalışıb. Sonradan "Elnarə və onun dostları" qrupunu yaradıb. 2003-cü ildə "SS Production" şırkəti ilə 5 il müddətinə müqavilə bağlayıb və solo karyerasına başlayıb. İlk mahnısı "Sənsizəm" olub. Həmin il "Qəm otağı" adlı ilk klipi işıq üzü görüb. "Gənc Sim", "Pantene Pro-v" markalarının Azərbaycanda siması olub. Bundan əlavə Özbəkistanda "Nəzakət", Azərbaycanda istehsal olunan "Məşədi İbad-94" filmlərində baş rol alıb. İndiyə kimi 6 klipi işıq üzü görüb — "Qəm otağı", "Məhəbbət payım", "Uzaqlara", "Yuxulu şəhər", "Çünki gəncsən", "Cibdə varsa pul". 2006-cı ildə ailə həyatı qurub. Həmin il "Məhəbbət payım" adlı solo albomunu buraxıb. "Səbuhi" studiyasında yazılan disk 16 mahnıdan ibarət olub.

Son dövrlər Elnarə Xəlilova gənclərə dəstək olmaq məqsədilə "El yaradıcılıq" mərkəzini yaratmışdır. Burada o, bir çox gənc musiqiçilərə öz dəstəyini göstərir. Tələbələri ilə efirlərə qatılır, kliplər təqdim edir.

Şəxsi həyatı Ailəlidir. 4 övladı — 1 qızı, 3 oğlu var. 2006-cı ildə ailə həyatı quran Elnarənin 2007-ci il iyunun 22-də qızı, 2009-cu il oktyabrın 11-də oğlu olub.

Klipləri +SayAdTarix01Qəm Otağı200302Uzaqlara ft. Elşad Xose200403Çünki Gəncsən ft. Elşad Xose200504Məhəbbət Payım200505Yuxulu Şəhər200606Cibdə Varsa Pul ft. Dəyirman200607Gentleman201208Ha-Ha201209Dayan ft. Barış Kömürcüoğlu201410Eşq İlə Boyan201511Xocalıya Ədalət201812Sevgi Fəslim201813Səndən Sonra201914Sonuncu Zəng201915Məhəbbət Başlar201916Qarabağ Atları201917Darıxsan202018Ayrıldıq (Akustik)202019Ruh Əkizi202020Yalnızlık202121Həkimlər202122Əvəzimi Tap202123Ay Laçın202124İnanıram ft. Samira AliMaryam202225Necə Unudum Səni ft. Bəbir Bəbirli202226Sevdim Səni202227Dəmir Yumruq202228Olduğum Kimi202229Land Of Fire Azerbaijan202330Min Cavana Dəyərəm202331Uşaqlar Bayramı202332Like Elə202333Darıxıram ft. Döngə202334Söylə ft. Uran202335Məhəbbət Payım (Minor)2024

Filmoqrafiya Məşədi İbad-94 (film, 2005) — Gülnaz Milçək (film, 2006) (mahnı ifa edən)

Mükafatları "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919–2019)" yubiley medalı – 2019

İstinadlar

Kateqoriya:Azərbaycanın qadın müğənniləri Kateqoriya:Azərbaycan aktrisaları Kateqoriya:Bakıda doğulanlar