Dik Beddouz (; d. 1926 – ö. 24 avqust 1991) — Kanadalı idman jurnalisti. O, "Vancouver Sun" və "The Globe and Mail" qəzetlərində, daha sonra isə televiziya və radioda işləmişdir.
Super seriya 1972-ci ilin yazında SSRİ və Kanadanın ən güclü xokkeyçiləri arasında 8 oyundan ibarət yarışın keçirilməsi barədə razılıq əldə edildiyi zaman "The Globe and Mail" qəzetinin işçisi olan Dik Beddouz belə iddia edir ki, kanadalılar 8 görüşün hər birində qələbə qazanacaq.Yazdığı məqaləsini yeyən jurnalist kimdir? bmm.az, 29.09.2014. O, öz fikrində ciddi olduğunu sübut etmək üçün belə bir vəd də verir:
"Əgər ruslar cəmi 1 oyunda belə qələbə qazana bilsə mən öz məqaləmi borş ilə birlikdə yeyəcəm. Redaktor qeydi: Hər ehtimala qarşı əlinizin altında xama saxlayın".
Lakin elə ilk oyun SSRİ-nin 7:3 hesablı qələbəsi ilə başa çatır. Vəziyyət belə olduqda isə Dik Beddouz verdiyi vədi tutmalı olur. Oyun başa çatdıqdan sonra o, məqaləsinin dərc olunduğu qəzeti hissələrə bölərək yeyir.
Kitabları
İstinadlar
Xarici keçidlər Dick Beddoes at Sports Media Canada
Kateqoriya:Kanada jurnalistləri Kateqoriya:İdman jurnalistləri