Paraqvay müharibəsi — Paraqvayın müttəfiq Braziliya, Uruqvay və Argentinaya qarşı müharibəsi. 13 dekabr 1864-cü ildə başlanmış və 1 mart 1870-ci ilə qədər qədər davam etmişdir. Bu müharibə Uruqvay və Argentinada Üçlər birliyinə qarşı müharibə (), Braziliyada Paraqvay müharibəsi (),Testimonios de la Guerra Grande y Muerte del Mariscal López Xulio Sezar Frutos tərəfindənÑorairõ Guasu, 1864 guive 1870 peve Quido Rodriques Alkala. Secretaría Nacional de Cultura, 28 may 2011 Paraqvayda isə Böyük müharibə () adlanır. Müharibə 1864-cü ilin 13 dekabrında Braziliya ilə Paraqvay arasında başlansa da, sonradan 1865-ci ildə Uruqvay və Argentina da ona qoşulmuşlar. Müharibə ümumilikdə 400 min insan itkisi ilə nəticələnmiş, Paraqvay isə ərazisinin yarıdan çoxunu və kişi vətəndaşlarının 90%–ni itirmişdir. Ölkə əhalisinin sayı müharibədən öncə 1 337 437 nəfər olduğu halda, 1871-ci il siyahıya almasına görə 221 709 nəfərə qədər azalır (həddi-bulluğa çatmış cəmi 28 746 kişi qalmış, yerdə qalanlardan 106 254-ü qadın və 86 079-ü uşaq idi). Üçlər birliyinin Paraqvayın əsas qüvvələri üzərində qələbə əldə etməsindən sonra müharibə artıq Partizan müharibəsi xarakteri alır. Bunun nəticəsində mülki əhali arasında itkilər daha da çoxaldı. Torpaq itkisi (demək olar ki, ərazisinin yarıya qədəri), əhalisinin böyük qisminin məhvi və ölkə təsərüffatının dağılması Paraqvayı Latın Amerikasının ən geri qalmış ölkəsinə çevirdi.
Münaqişənin tarixi Portuqalların Cənubi Amerikada müstəmləkəsini genişləndirərək Parana və Uruqvay çayı hövzəsinə irəliləməsi ispanlarla sərhəd toqquşmalarına gətirib çıxarmışdı. Sərhədin müəyyənləşməsi üçün bir çox anlaşmalar (Utrext sülh anlaşması, Madrid anlaşması, San-İldefonso müqaviləsi) imzalansa da, sərhədlərin tam dəqiqləşdirilməsi mümkün olmamışdır. Bu anlaşmalara hər iki tərəf öz istədiyi kimi yanaşırdı. Portuqaliya sərhədin İqurey çayından keçməsini istəsə də, İspaniya bu fikri qəbul etmirdi. İspanlar bu çayı Karapa adlandırırdılar. Bu mübahisələrə baxmayaraq, həmin ərazilər Paraqvayın ərazisinə daxil idi. Nə qədər ki, Braziliya ilə Paraqvay arasında isti münasibətlər var idi. Münaqişə sanki yada düşmürdü, amma iki ölkə arasında münasibətlər korlandıqdan sonra sərhəd problemi aktivləşir. 1860-cı illərdə Braziliya mövcud vəziyyəti pozaraq İqurey çayı sahillərində Doradus qalasını tikir.
Paraqvay müharibədən öncə thumb|150px|left| Fransisko Solano Lopes. Paraqvay Prezidenti Paraqvay Cənubi Amerika regionunda fərqli olaraq (Xose Qasperi Radriqes Fransi və Karlos Antonio Lopes dövründə) iqtisadi cəhətdən qapalı siyasət yeridirdiPJ O’Rourke, Give War a Chance. New York: Vintage Books, 1992. Page 47.. Hakimiyyət əsasən qapalı iqtisadiyyat kursunu götürmüşdü. Lopesin hakimiyyəti dövründə (oğlu Fransisko Solano Lopes) ağır mərkəzləşdirmə siyasəti yeritdiyindən, vətəndaş cəmiyyətinin inkişafına imkan yox idi. Ölkə sanki Lopes ailəsinin şəxsi mülkiyyətində idi"Carlos Antonio López" , Library of Congress Country Studies, December 1988. URL accessed December 30, 2005.. Bununla belə 1844-cü ildə ölkədə quldarlıq və işgəncə vermə üsulları rəsmi olaraq ləğv edilir.
Torpaqların böyük hissəsi (98%) dövlətin əlində cəmləşmişdi. Ölkədə fəaliyyət göstərən müəsisələrin böyük əksəriyyətidə dövlətin əlində idi. 64 sayda adlı, dövlət tərəfindən idarə olunan mülkiyyət forması meydana gəlir. Ölkədə 200-dək xarici mütəxəssis işləyirdi. Antonio Lopes xaricilərə heçdə isti münasibət bəsləməsə də, ölkənin modernləşdirilməsini həyata keçirmək üçün Avropadan mütəxəssislər cəlb etməli olur. Ölkəyə gələn mütəxəssislər Teleqraf və Dəmiryol nəqliyyatının çəkilişlərində işləyirdilər. Bu sahələrin inkişafı öz növbəsində ölkədə tikinti, toxuculuq, kağız və çap sənayesi, gəmiqayırma və barıt hazırlama sənayesinin inkişafına təkan vermişdi.
İxracata dövlət tam nəzarət edirdi. Ölkə əsasən qiymətli Ağac (material) növlərinin və Mate adlandırılan Paraqvay çayının ixracatı ilə məşğul idi. Qonşu dövlətlərdən fərqli olaraq Paraqvay heç vaxt daxili İstiqrazları almırdı. Bu siyasət Fransisko Solano Lopesin hakimiyyəti dövründə də davam etmişdir. Hökumət ordunun modernləşdirilməsinə xüsusi diqqət yetirirdi.
1850-ci ildə İbukucda hərbi emalatxana istifadəyə verilir. Burada Döyüş topu və Mortir səhra topları istehsal edilirdi. Habelə müftəlif kalibirli güllələr də buraxılırdı. Asunsonda yerləşən Gəmiqayırma zavodlarında hərbi gəmilər hazırlanırdı.
Avropa və Amerika dövlətləri ilə diplomatik əlaqələr qurulsa da, bu əlaqələr heç də birmənalı olmur. ABŞla münaqişə həddinə gəlinmiş, Argentinada 1845–1846-cı illərdə baş verən vətəndaş müharibəsinə də müdaxilə olunmuşdur. Səbəb isə Argentina prezidenti Rosasın Paraqvayı müstəqil ölkə kimi tanımaması idi. İqtisadiyyatın davamlı inkişafı beynəlxalq bazara çıxışın olmasını tələb edirdi. Paraqvay materik daxili ölkə olması onun inkişafına öz mənfi təsirini göstərirdi. Dənizə Parana çayı və Paraqvay çayı vasitəsilə axın istiqamətində çıxa bilərdi. Lopes Atlantik okeanına çıxmaq və onun sahilində liman inşa etmək istəyirdi, ancaq bu yalnız Braziliyanın torpaqlarının işğalı ilə mümkün ola bilərdi. Ordunun güçləndirilməsinə xüsusi diqqət verilirdi.Robert Cowley, The Reader's Encyclopedia to Military History. New York, New York: Houston Mifflin, 1996. səh 479.
Bunun reallaşması üçün hərb sənayesi inkişaf etdirilirdi. Orduya çağırışlar artırılır və əsgərlərə yaxşı təlim keçilirdi. Xarici ölkələrdə müttəfiqlər axtarılırdı. Bu məqsədlə Uruqvayın Uruqvay Milli Partiyası ilə əlaqə yaradılırdı buna qarşılıq Uruqvay Kolorado Partiyası Argentina və Braziliya ilə müttəfiqlik danışıqları aparırdılar.R. Şeyna, Latın Amerikası Müharibələri: Kaudilyo Epoxası, 1791–1899, Dulles, Virginia: Brassey’s, 2003, səh. 313–314
Region dövlətləri thumb|220px|1864-cü ildə La-Plata bölgəsi. Mübahisəli ərazilər. Braziliya və Argentina müstəqillik qazandıqdan sonra Buenos-Ayres və Rio-de-Janeyro hökumətləri arasında La-Plata hövzəsinə sahib olmaq uğrunda mübarizə başlayır. Hegemonluq uğrunda mübarizə bölgə dövlətlərinin xarici və daxili siyasətlərinə öz təsirini göstərirdiT. Viqvem. Paraqvay müharibəsi, Linson, Nebraska: University of Nebraska Press, 2002, səh. 118. Bu addımlar 1825–1828-ci illərdə bölgədə Argentina və Braziliya müharibəsinə səbəb olur. Bunun nəticəsində Uruqvay müstəqil dövlət olur (Braziliya onu yalnız 1828-ci ildə tanıyır). Bundan sonrada düz iki dəfə bu səbəbdən iki ölkə arasında məsələ az qala müharibə həddinə gəlir. Argentinanın məqsədi Rio-de-la-Plata vitse-krallığına daxil olan əraziləri (Uruqvay və Paraqvay) birləşdirmək idi. XIX əsrin birinci yarısından buna doğru irəliləyirdi ancaq bütün cədhləri heç bir nəticə vermirdi. Səbəb isə Braziliyanın ona maniə olması idi. Məhz Braziliya hələ Portuqaliyanın müstəmləkəsi olarkən 1811-ci ildə Paraqvayın müstəqilliyini tanımışdır. Braziliya Argentinanın bölgədə artan mövqeyini zəiflətmək və balansı qorumaq üçün Paraqvay və Uruqvayın müstəqilliyini dəstəkləyirdi. Onların istiqlaliyyətinin əsas qarantı olan ölkə idi. Üstəlik Paraqvay özü də dəfələrlə Argentinanın daxili siyasətinə qarışırdı. 1845–1852-ci illərdə Buenos-Ayres hökumətinə qarşı vuruşan Korrentes və Entre-Rios bölgələrini öz qoşunu ilə dəstəkləmişdi. thumb|150px|left|Braziliya İmperatoru II Pedro Bu ərəfədə Paraqvay və Braziliya arasında isti əlaqələr mövcud idi. Üstəlik Argentina prezidenti Xuan Manuel Rosasa qarşı düşmən münasibət bəslənilirdi. Onun hakimiyyətdə olduğu 1852-ci ilə qədər Braziliya Paraqvaya hərbi-texniki yardım göstərirdi. Parana çayı hövzəsini güçləndirməyə və orduya yardım etməyə xüsusi fikir verirdi. Braziliyanın Matu Qrasu ilə bir başa əlaqə yaratmaq üçün Paraqvayın çaylarından istifadə etmək məcburiyyətində idi. Səbəb isə bölgə ilə quru əlaqəsinin olmaması və yalnız su ilə əlaqənin yaradılması idi. Bu məsələdə bəzən icazənin alınmasına paraqvaylılar tərəfindən müəyyən maniələrin törədilirdi. Digər bir Paraqvay üçün xoşa gəlinməyən vəziyyət isə Braziliyanın demək olar ki, Uruqvayı iqtisadi cəhətdən əlində saxlaması idi. Braziliyanın bu məsələdə iqtisadi maraqları vardı. Üstəlik uruqvayın brazilyalı mülkü əhalisi iqtisadi və siyasi cəhətdən böyük gücə malik idilər. Brazilyalı biznesmen İrineu Evanqelista di Suza əslində Uruqvayın dövlət bankı rolunu oynayırdı. Uruqvayda milliyyətçə braziliyalı əhalidən təşkil olunmuş 400 yaşayış məntəqəsi () vardı. Hansı ki, ölkə əhalisinin ⅓ təşkil edirdi. thumb|right|215px|Braziliya ordusunun zabiti və əsgəri Bu ərəfədə Braziliya üç dəfə Uruqvaya siyasi və hərbi müdaxilə etmişdir. 1864-cü ildə Kolorado partiyasının rəhbəri Venansio Flores və hökumət numayəndələrinin Braziliyaya müraciəti və bunun nəticəsində Atanasio Agirrenin hakimiyyətdən uzaqlaşdırılması müharibəyə təkan verən əsas səbəblərdən biri idi. Çox böyük ehtimal ki, bu addımlarda Böyük Britaniyanın da təsiri olmuşdur.
Müharibənin başlamasına əsas səbəb kimi kolonistlər dönəmindən qalan problemlər və LopesinМ. А. Senteno, Qan və borç: Latın Amerikasındakı müharibə və milli dövlətlər, University Park, PA: Pennsylvania State University Press, 1957. səh. 55 eksponsionist siyasətində görülür. Belə ki, onun hakimiyyəti dövründə Uruqvay, Argentina və Braziliyanın daxili işlərinə müdaxilə edilirdi. Digər bir variant isə Böyük Britaniyanın regiondakı maraqlarından yaranmışdı. O bölgənin güçlənməsini və vahid dövlət altında birləşməsini istəmirdi. Səbəb isə bölgə ehtiyatlarına asan şəkildə yiyələnmək istəyi idi. Amerika vətəndaş müharibəsi nəticəsində Britaniya tələbatı olan Pambıq ehtiyacını məhz bölgə hesabına ödəmək istəyirdi.Böyük Britaniyanın bu məsələdə əli olub-olmaması haqqında birmənalı fikir yoxdur əsasən bəzi ispan dilli mənbələr bunu iddia edir
Braziliyanın Uruqvaya müdaxiləsi Braziliya 1864-cü ilin aprelində Uruqvaya Joze Antoniu Saraivanı diplomatik nümayəndə olaraq göndərir. Nümayəndənin məqsədi Braziliya qau, o-fermerlərinə Uruqvay fermerləri tərəfindən dəymiş zərərin Uruqvay tərəfindən ödənilməsini təmin etmək idi. Belə ki, Uruqvay müharibəsində braziliyalı fermerlərə dəymiş zərəri Uruqvay ödəməli idi. thumb|200px|right|Uruqvay Prezidenti Atanasio Agirre Uruqvay prezidentinin səlahiyyətlərini icra edən Atanasio Agirre bu tələbi rədd edir. Solano Lopes danışıqlarda özünün vasitəçi rolunu təklif etsə də, Braziliya bu təklifi qəbul etmir. Bundan sonra Lopes Braziliyanın Uruqvaya müdaxiləsi bölgədə balansı pozacağını bildirir. Bundan sonra 1864-cü ildə Paraqvay Braziliya ilə bütün siyasi əlaqələri kəsir. 12 oktyabrda Braziliya ordusu Uruqvaya müdaxilə edir. Bu zaman Venansio Fores və kolorado partiyası Argentinanın dəstəyi sayəsində Braziliyalılarla birləşir. Nəticədə isə Agirre hakimiyyətdən uzaqlaşdırılırR. Şeyna, Latın Amerikası müharibələri: Kaudilyo epoxası, 1791–1899, səh. 314.
Müharibə thumb|left|150px|Uruqvay prezidenti Venansio Flores.