Bozbash Pictures — ATV telekanalında yayımlanan komediya layihəsi. Serial əsas qəhrəmanlar Şəmi və Şöşü və onların qohumları, Fəlakət, Ağsaqqal, Şirin və Qılman doktorun sərgüzəştlərini əks etdirir. Layihə serial formatında ilk dəfə olaraq 2009-cu ildə yayımlanıb. 2010-cu ildə isə, ikinci mövsümün çıxışından sonra ölkə üzrə böyük populyarlıq qazanıb. 2018-ci ilin sonuna əsasən, Bozbash Pictures 6 mövsüm ərzində 142 seriya buraxıb.
Mövsümlər Mövsüm İllər Seriyaların sayı1 2008–2009 152 2010–2014 413 2014–2015 294 2017 255 2018 32
Filmin heyəti Aktyorlar İlkin Həsəni — Şəmi (Şəmistan) Ramil Babayev — Şöşü (Şöhrət) Elşən Orucov — Fəlakət Azər Baxşəliyev — Ağsaqqal Nicat Rəhimov — Şirin İlkin Misgərli — Qılman
Filmlər Əsas serialdan əlavə, Bozbash Pictures komandası öz obrazları ilə beş film çəkib:
Ay Brilliant (2015) Axırıncı yol (2016) Stalinin başı (2017) Bir xalanın sirri (2018) Bombaltı (2019)
Əlavə layihələr 2016-cı ildə, Bozbash Pictures aktyorları yeni obrazlarla Palata 106 (film, 2016) serialını çəkiblər. Lakin ilk mövsümdən sonra layihə bağlanıb. 2018-ci ildə Nicat Rəhimov və İlkin Misgərli "Buğlama" adlı yeni komediya layihəsini təqdim ediblər. 2018-ci ildə Ramil Babayev "Şou Şu" adlı layihəsini təqdim edir. Bu layihə Şöşu obrazının spin-off verilişi idi və bir neçə buraxılışdan sonra fəaliyyətini dayandırdı. 2018-ci ildə Elşən Orucov "Fəlakət" filmini çəkdi. 2019-cu ildə Ramil Babayev ikinci layihəsi "Duz komediya"nı təqdim etdi. Burada Şöşü rolunu oynadı. Elşən Orucov "Fəlidən doğru xəbər" verilişinə başladı. Veriliş Xəzər TV-də yayımlanır.
Xarici keçidlər