Qəhrəman Tağı oğlu Qaraqaşlı () — Azərbaycanın ilk etnoqrafçı-alimlərindən biri, tarix elmləri namizədi (1964).

Həyatı

Qəhrəman Qaraqaşlı 1 may 1899-cu ildə Gəncə şəhərində anadan olmuşdur. 1918-ci ildə şəhər gimnaziyasını bitirdikdən sonra, müəllimlik etmiş, 1922-1926-cı illərdə "Yeni yol" qəzetinin məsul katibi işləmişdir.

1927-ci ildə gənc alim Qəhrəman Qaraqaşlı Qərbi Azərbaycanda ayrımların kimliyini araşdırırdı. Ona bir ekspedisiya vermişdilər. Sonra bu mövzuda məruzə etdi. Məruzənin başlıca nəticəsi açıqlandı. Bütün komponentlər və göstəricilər sübut edirdi ki, ayrımlar türkdürlər. Amma bu ekspedisiyaya pul qoyan, Azərbaycanı öyrənən cəmiyyətin idarə heyəti bu məruzədən qəti şəkildə narazı qaldı. Çünki, onlar Moskvanın xətti ilə davranmalıydılar. Ona görə də Qəhrəman Qaraqaşlının məruzəsinin çapı bir müddət geriyə atıldı – 1929-cu ilə kimi üzə çıxarılmadı.

Əsərləri

Очерк по истории развития движения нового алфавита и его достижения. Казань: Издание ВЦК НТА, 1928 (F. Ağazadə ilə birgə). Об айрумах. № 8 Вып. 1. Баку: Общества Обследования и Изучения Азербайджана, 1929. Материальная культура Азербайджанцев северо-восточной и центральной зон малого Кавказа (историко-этнографическое исследование). Баку: Изд-во Акад. наук Азерб. ССР, 1964.

İstinadlar

Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:Azərbaycan etnoqrafları Kateqoriya:Azərbaycan antropoloqları Kateqoriya:Tarix elmləri namizədləri