Leon Bonna (; ) — Fransız rəssam və bir çox tanınmış rəssamın müəllimi.

Həyatı Leon Bonna 1833-cü ildə anadan olub. Federiko Madrazodan Madriddə rəssamlıq təhsili alıb. İlk əsərləri dini mövzulara həsr edib. 1875-ci ildə tanınmış amerikalıların və avropalıların portretlərini çəkib. O, Dieqo Velaskes kimi ispanyalı rəssamlardan təsirlənib. Adolf Tyers, Viktor Hüqo, Hippolit Tayn, Lui Paster, Jan Ogüst Dominik Enqr və digər tanınmışların portertlərini çəkib. Təxminən 200 portretin müəllifi olub. 1888-ci ildə Paris Gözəl İncəsənət Akademiyasında müəllim kimi fəaliyyət göstərib və 1905-ci ildə akademiyada idarəçi olaraq fəaliyyət göstərib. Əsərlərinin çoxu Bonna muzeyində sərgilənir.

Bonnanın ən məşhur şagirdləri: Con Sinqer Sarqent, Stanhop Forbs, Qustavo Kayllebott, Prins Ejen, Dük of Närke, Gustaf Kederström, Laurits Tuksen, P.S.Kroyer, Suzor-Kot, Alfred Filipp Roll, Corc Braqa, Tomas Eakins, Raoul Dafi, Jan Beraud, Marius Vasselon, Habert-Denis Etçeveri, Fred Barnard, Lui Béru, Paul de la Boulaye, Aloysius O'Kelli, Erik Verenskiold, Edvard Munk, Alfonso Osbert, Henri Siddons Moubari, Çarlz Spraqa Pirs, Henri de Tuluza-Lautres, Valter Tindale.

Əsərləri

İstinadlar

Kateqoriya:Fransa rəssamları Kateqoriya:XIX əsr rəssamları Kateqoriya:XX əsr rəssamları Kateqoriya:Fəxri Legion ordeninin yüksək rütbəli zabitləri