thumbnail

Belqlər () — Kelt qrupuna aid tayfa.

Tarixçə Şimali Qalliyada (Sena və Reyn çayları arasında) və qismən də Britaniyanın qərb sahillərində yaşamış kelt tayfaları. Eradan əvvəl 58–51-ci illərdə Qalliya belqlərini Yuli Sezar tabe etdi. Eradan əvvəl 16 ildən onların yaşadığı ərazi Belçika əyaləti adlandı. V əsrdə franklar Belçikanı tutduqdan sonra belqlərin bir qismi müxtəlif dövrlərdə işğalçılar tərəfindən məhv olmuş, qalanları başqa xalqlara qarışmışdır. Belçikanın adı Belqlərlə əlaqədardır.

Mənbə ASE, II cild, Bakı, 1978, səh. 77

Xarici keçidlər

Kateqoriya:Keltlər Kateqoriya:Tarixi Avropa xalqları