Yerin tarixi dedikdə Yer planetinin yarandığı andan müasir dövrə qədər keçdiyi mərhələlər (eon, era, dövr, epoxa) və bu mərhələrədə müşahidə olunan əsas dəyişikliklər nəzərdə tutulurSteven M. (2005). Earth system history (2nd ed.). New York: Freeman. ISBN 978-0-7167-3907-4. Tarix boyu Yer planeti və onun üzərindəki həyat vahid bir orqanizm kimi inkişaf edib. Yerin həm daxilində, həm də səthində baş vermiş bütün proses və hadisələr həmişə bir- birilə sıx əlaqədə olmuşdur.
"Geoloji zaman" anlayışını ilk dəfə kim tərəfindən işlədildiyini demək çətindir. Amma süxurların əmələ gəlməsi barədə " tez" və "gec" anlayışlarını ilk dəfə olaraq, danimarkalı alim Nils Steno işlətmişdir. Steno 1669-cu ildə dərc olunmuş "Prodramus" adlı geloji-tarixi əsərində belə bir prinsip formlaşdırmışdır: "Üstdə yatan lay altda yatan laydan gec əmələ gəmişdir". Ümumiyyətlə, Steno tərəfindən aşkar olunmuş qanunauyğunluq sonradan stratiqrafiyada dörd əsas prinsipi adını almışdır.
Yer planeti təxminən 4,6 mlyar il bundan əvvəl əmələ gəlmişdir. O vaxt o, nə daxili quruluşuna, nə də xarici görünüşünə görə müasir Yerə oxşamırdı. Onun daxili hələ hazırda olduğu kimi, dairəvi laylara, qatlara — geosferlərə bölünməmişdir; Yer kürəsinin səthi isə hələ bizim indi gördüyümüz dağlı, dərəli, çaylı, dənizli relyefə malik deyildi. O, ümumdünya cazibə qüvvəsinin təsirilə müxtəlif ölçülü və tərkibli kosmik cisimlərdən toplanaraq (akkresiya), böyük bir kürə şəklinə düşmüşdür.
Planetimiz formalaşdığı andan onda həm geoloji, həm də bioloji dəyişikliklər mütəmadi baş verirdi. Orqanizimlər durmadan inkişaf edir, yeni formalar meydana gəlir və ya kütləvi qırılmalarla əvəzlənirək planetin forması daima dəyişilirdi. Tektonik proseslər materik və okeanların formalaşmasında əsas rol oynayır, canlıar üçün isə sığınacaq məkanı formalaşdırırdı.
Geoxronoloji cədvəl thumbnail|left| Spiral formasında təsvir olunmuş geoxronoloji şkala
XIX əsrin birinci rübündə üzvü aləmin müvəffəqiyyətlə öyrənilməsi geologiya elminin yüksək inkişaf üçün zəmin yaratdı. Məhz o zaman Yerin tarixi era, düvr, epoxa və əsrlərə bölündü. Bunların toplusu- geoloji zamanı əks etdirən geoxronoloji şkala tərtib olundu. Canlı aləmin və yerin qabığının inkişaf mərhələləri geoxronoloji şkalanın əsasını təşkil edir. Geoxronoloji şkalanın vahidlərini eon, era, dövr, epoxa və əsrlər təşkil edir. Onlar geoloji xəritələr üzərində müxtəlif rəngdə göstərilir. İlk dəfə bunu alman şairi və təbiətşünası İohann Volfqanq Göte təklif etmişdir. Bu təklif 1881-ci ildə Boloniyada keçirilən Beynəlxalq Geoloji Konqresin II sessiyasında qəbul edilmişdir. Yerin inkişaf tarixinin ilk mərəhələsi kriptozoy (yunanca kriptos — gizli, zoye — həyat), yəni gizli həyat zamanı adlandırılmışdır. Mineral skeletli orqanızmlərin meydana gəlməsilə bərabər, Yerin inkişaf tarixinin fanerozoy (aydın həyat zamanı) başlanır. Kriptozoyda iki iri bölmə — arxezoy, yaxud arxey (ən qədim həyat zamanı) və proterozoy (sadə həyat zamanı) ayrılır. Fanerozoy üç eraya bölünür: paleozoy (qədim həyat erası), mezozoy (orta həyat erası), kaynazoy (yeni həyat erası).
Dövürlərin adlandırılmasında heç bir prinsip olmayıb. Onlardan bəziləri həmin dövrdə daha çox toplanmış süxurların adı ilə (daş kömür, təbaşir), digərləri ilk dəfə öyrənildiyi və daha çox yayıldığı ərazinin adı (Perm, Yura), yaxud həmin ərazidə yaşamış qədim xalqların adı ilə (ordaoviklər və silurlar Uelsin qədim əhalisinin adıdır) və s. adlandırılmışdır. Kaynazoy erasının paleogen və neogen dövrlərinin adları (yunanca paleos — qədim, neos — yeni, genos — yaranma) həmin dövrlərdə yaranmış canlı aləmin indikinə yaxın olmasına işarə olaraq qoyulmuşdur. Nəhayət, ilk insanın əmələ gəldiyi və bizim də indi yaşadığımız antropogen dövrünün adı insanın (yunanca antropos — insan) adından götürülmüşdürUşaqlar üçün ensiklopediya, Geologiya. Bakı.2008. Şərq-qərb.
Geoxronoloji tədqiqatlar geologiya elminin bütün sahələrinin əsası, təməlidir. Bu tədqiqatlar aparılmadan, yəni süxurların yaşını təyin etmədən nə geoloji xəritələr tərtib olunar, nə də planetimizin geoloji inkişaf tarixi öyrənilə bilərdi.
Mütləq yaş
thumbnail|right|Mass-spektrometr. İzotop analizi zamanı istifadə olunan cihaz. Geoloji vaxtın ölçülməsi, onun mütləq zaman vahidlərlə ifadə olunması XX əsrin əvvəllərində radioaktivlik, yəni bəzi kimyəvi elementlərin parçalanması prosesi, kəşf olunduqdan sonra (1896) mümkün olmuşdur. İlk geoloji vaxt şkalası 1938-ci ildə dərc olunmuşdur
Mütləq yaş metodları üçün müxtəlif elemetlər cütlüyündən istifadə olunur. Məsələn, 40K və 40Ar (kalium- arqon metodu), 238U və 206Pb (uran — qurğuşun metodu), 14C və 12C (radiokarbon metodu) və s. Radioaktiv izotopun yarımparçalanma dövrü az olduqca süxurun yaşı daha yüksək dəqiqliklə təyin edilir. Ona görə də ən dəqiq mütləq yaş radiokarbon metodu ilə alınır, belə ki,14C izotopunun yarımparçalanma dövrü 5768 ildir. Bu metodla 60.000 ilə qədər olan mütləq yaş təyin edilir.
Kalium- arqon (yarımparçalanma dövrü 1,32 106) və uran-qurğuşun (yarımparçalanma dövrü 4,51 106) metodları vasitəsilə daha qədim süxurların və ya geoloji proseslərin yaşı təyin edilir. Bu üsüllardan əlavə həm də trek metoduda mövcuddur
Paleontologiya thumbnail|left|Arxeopteriks skiletinin şəkili.1881. Hambolt Berlin muzeyi
Paleontologiya adı üç yunan sözündən əmələ gəlmişdir: "paleos" — qədim, "ontos" — mövcud olan varlıq, "logos" — söz, elm. Paleontologiya elminin banisi dahi fransız alim Jorj Küvye olmuşdur. O, Normandiyada dəniz sahillərində canlı molyuskaları tədqiq etmiş, sonra sahil yanı çıxışlarda topladığı qazıntı qalıqlarını onlarla müqayisə etmişdir. Küvye Parisdə Kral Nəbatat Bağının nəzdində olan Təbiət Tarixi Muzeyində çalışmış, orada məşhur Monmartr təpələyidə işlənən gips yatağından toplanmış onurğalı heyvan sümüklərinin kolleksiyasını tədqiq etmişdir. Küvye biologiya elminin əsas qanunlarından biri — orqanların uzlaşması(müqayisəsi) qanunun kəşf etmişdir: " Hər bir varlq özünün istənilən hissəsinin qərığından tanına bilər".
Palentologiya elminin bir qolu — qədim bitki qalıqlarını öyrənən elm paleobotanika elmidir. Sopr və tozcuq qalıqlarını palinologiya(yunaca "paline" — narın toz) elmi öyrənir. Bəzən milyon illər bundan əvvəl ölmüş orqanızimin heç bir qalığı qalmasa da, süxur içərisində onun həyat fəliyyətinin izləri qalır. Alimlər bu izləri tədqiq edərək, orqanizmin quruluşu, ətraf mühitlə əlaqəsi barədə məlumat əldə edə bilirlər. Palentologiyanın bu bölməsi paleoixnologiya (yunanca "ixnos" -iz) adlanır. Orqanizm qalqlarınında xüsusi toplanma qaydaları var. Canlı orqanizmin biosferdən litosferə keçməsi, yəni təbii basdırılma zamanı xüsusi proseslər gedir. Bu prosesləri ayrıca bir elm — tafonomiya (yunanca "tafos" — qəbir) elmi öyrənir. Onun əsasını rus palentoloqu və yazşçısı İ. A. Yefremov qoymuşdur.
XX əsrin I rübündən başlayaraq, qırılmış orqanızmlərin həyat tərzi və həyat şəraiti öyrənilməyə başlanıldı. Elmin bu sahəsi paleoekologiya (yunanca " oykos" -ev, yaşayış məskəni) adlanır.
Günəş sisteminin yaranması thumbnail|right|Protogünəş və protoplanet. Rəssamın təsəvvürünə görə. Günəş sisteminin mənşəyi, tərkibi, quruluşu haqqında ilk elmi fərziyyələr bizim eramızından əvvəl yaranmağa başlamışdır. Günəş sisteminin quruluşu haqqında ilk fərziyyəni eramızın II əsrində yaşamış Ptolomey irəli sürmüşdür. Özünün "Astronomiyanın böyük riyazi quruluşu" əsərində o bütün planetlərin yerin ətrafında dairə üzrə hərəkət etdiyini göstərmişdir və beləliklə də geosentruk nəzəriyyənın əsasını qoymuşdur. Bundan sonra 1543-cü ildə polşalı alim Nikolay Kopernik "Göy cisimlərinin fırlanması əsərində" ilk dəfə olaraq heliosentrik nəzəriyyəni irəli sürmüşdür. Bu nəzəriyyəyə görə yer də daxil olmaqla, bütün planetlər günəş ətrafında hərəkət edirlər. Bu nəzəriyyəni ilk müdafiə edənlərdən biri də italyan alimi Jordano Bruno olmuşdur (1548–1600). Heliosentrik nəzəriyyə öz təsdiqini Qalileo Qalileyin (1564–1642) teleskopunun tətbiqi ilə tapdı alman alimi İohann Kepler planetlərin hərəkətinin dəqiq sxemini tərtib etdi. İsaak Nyuton (1643–1720) isə ümumdünya cazibə qüvvəsini kəsf etməklə, planetlərin günəş ətrafında hərəkətinin mexanizmini açmışdır.
Məhz bu dövrlərdə Günəş sisteminə daxil olan planetlərin və Günəşin yaranması haqqında çoxlu kosmoqonik fərziyyələr yaranmağa başladı.Encrenaz T. The solar system. — 3rd. — Berlin: Springer, 2004. — P. 89. — ISBN 978-3-540-00241-3. Bu fərziyyələri məzmununa görə II qrupa bölmək olar: I fərziyyənin tərəfdarlarının fikrinə görə günəş və günəş sisteminə daxil olan planetlər təqribən 4,5 – 5 milyard il bundan əvvəl qızmar kosmik qaz və toz dumanlığından əmələ gəlmişdir. Bu fikrin tərəfdarlarının şırasına qızmar dumanlıq nəzəriyyəsinin banisi olan İmmanuel Kant və isti kosmik dumanlıqlar nəzəriyyəsinin davamçısı olan Pyer Simon Laplas aiddir.
Bu fərziyyəyə görə qızmış kosmik qaz və toz dumanlığı tərkibində ümumdünya cazibə qüvvəsinin təsiri ilə baş verən xaotik hərəkət nəticəsində maddi hissələrin ifrat həddə qədər cəmləşməsi baş vermişdir. Bu hərəkətin mərkəzində daha böyük çəki və kütləyə malik olan günəş, onun ətrafında isə qızmar atmosferdəki maddələrdən yaranan planetlər və digər səma cisimlərini təşkil edən maddələrin sıxlıqlarının artırması və yaranan qarşılıqlı mərkəzə qaçma və mərkəzdən qaçma təcillərinin təsiri ilə onlalr günəş ətrafında öz müasir mövqeylərini almışlar. II kosmoqonik fərziyyənin tərəfdarlarının fikrinə görə günəş sisteminə daxil olan planetlər günəşdən xeyli sonra təqribən 6–7 (5–6) milyard il bundan əvvəl günəş yaxınlığındakı soyuq kosmik qaz və toz dumanlığında baş verən nizamlı ləng, hərəkət nəticəsində günəş sisteminə daxil olan planetlər, o, cümlədən də Yer kürəsi əmələ gəlmişdir.Kasting, James F. (1993). "Earth's early atmosphere". Science 259 (5097): 920–926. DOI:10.1126/science.11536547. PMID 11536547.
Yerin geoloji dövrdən əvvəlki tarixi Yerin inkişafının geoloji dövürdən əvvəlki mərhələ deyilən ilk mərhələsində soyuyan planetin səthində nazik bazalt qabığı əmələ gəlmişdir. Onu ay qabığı adlandırdılar. Planetin relyefini vulkanik proseslər yaratmışdır. Yerdə eni 60 km olan vulkanik qalxmalar, partlayışlar, partlayış qıfları, lava axınları geniş vüsət almışdır. Yerüzərində hələ platformalar və geosinkilinallar olmamışdır. Bazalt qabığın səthində temperatur 100 °C-dən yüksək idi, su ancaq buxar halında havada vardı. Fiziki aşınma intensiv gedirdi, aşınma materialları yalnız külək vasitəsilə kiçik məsafələrə aparılırdı.Л.П.Шубajeв. Yмуми Jершyнаслыг. Бакы.1986.s.33.
İlk materik qabığının yeri məlum deyildi. Yer təbəqələrinin əmələ gəlməsini öyrəndikdə biz gördük ki, mantiyanın differensiasiyası hər yerdə eynilə getməmişdir. Yerin bir tərəfində ağır metallar enmiş və Böyük okean meydana gəlmişdir, əks tərəfdə isə silikat süxurlar qalxmış və materiki əmələ gətirmişdir. Bazalt qabıq artıq geoloji dövrdə materik qabığına və okean qabığına differensiasiya olunmağa başlamışdır.
Yerin geoloji tarixi
thumbnail|left|Pangeya. Animasiya. Yerin səthi soyuyaraq temperatur 100 °C-dən aşağı düşdükdən və su maye fazaya keçdikdən sonra planetin geoloji tarixi başlamışdır. Okeanların əmələgəlməsilə rütubət dövranı olmuş, materiklərdə axar sular meydana gəlmiş və relyef əmələ gətirən proseslərin ən mürəkkəblərindən biri- denudasiya inkişaf etmişdir. Atmosfer, hidrosfer və litosferin qarşılıqlı təsirləri elə xarakter almışdır ki, materiklərin Yer qabığının inkişafı geosinkinal mərhələyə keçmişdir.