Banu Avar () — Türkiyə yazıçısı, jurnalisti, televizor proqramı aparıcısı.

Həyatı 18 iyun 1955-ci ildə Əskişəhərdə doğulmuşdur.

Karyerası

1980–1985 Jurnalistika karyerasına "Süreç" qəzetində başladı. 1980-ci illərdə "Günaydın", "Dünya", "Vatan" qəzetlərində işlədi. London Universitetinə yollandı. Londonda BBC TV kanalında sənədli filmlərin hazırlanmasında iştirak etdi. Sonra TRT-nin London müxbirliyinə gətirildi. TRT-də göstərilən "32-ci gün" proqramının London müxbirliyini etdi. "Kipr" sənədli filminin hazırlanmasında araşdırmacılıq etdi.

1985-h.h. 1999-cu ildə TRT 1 və TRT 2-də Mozaik və Kaleydeskop kimi proqramların aparıcılığını etmişdir.

"Mən Sezaram", "Krım müharibəsi", "Böyük Oyun", "Troya" sənədli filmlərinin hazırlanmasında böyük rol oynamışdır.

2008-ci ildə yazıçılığa başlamış, ilk əsəri olan "Sərhədlər arasında" romanı nəşr olunmuşdur.

Əsərləri "Sərhədlər arasında" (2008) "Hansı Avropa?" (2008) — 416 səhifə "Avrasiyalı olmaq" (2009) — 392 səhifə "Böl və ud" (2009) — 304 səhifə "Hansı dünya şəraiti" (2009) "Qaçın! Demokratika gəlir!" (2011) "Demokratika planları" (2011) "Gün, o gündür" (2013)

Qazandığı mükafatlar Türkiyə Yazıçılar Birliyi mükafatı — 2005 TÜRKSAV mükafatı — 2005 Müasir Jurnalistlər Dərnəyi: Televizor mükafatı — 2006 Atatürkçülüyə töhfə mükafatı — 2006/07 Ürəkli Qadın mükafatı — 2006

Kateqoriya:1955-ci ildə doğulanlar Kateqoriya:18 iyulda doğulanlar Kateqoriya:Əskişəhərdə doğulanlar Kateqoriya:Türkiyə yazıçıları Kateqoriya:Türkiyə jurnalistləri Kateqoriya:XXI əsr yazıçıları Kateqoriya:XX əsr yazıçıları