Kamil Allahyarov — Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin "Elmi inkişaf və tədris layihələri" şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor.
Həyatı 22 sentyabr 1950-ci ildə Naxçıvan MR-nın Babək rayonunda anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Şərqşünaslıq fakültəsinin Fars filologiyası bölməsini fərqlənmə diplomu ilə bitirmişdir. 1973–1975-ci illərdə Sovet ordusu sıralarında Əfqanıstanda tərcüməçi-zabit kimi xidmət etmişdir.
Elmi fəaliyyəti 1975-ci ildə AMEA Əlyazmalar İnstitutunun aspiranturasına daxil olub, 1978-ci ildə "Əmir Şahi Səbzəvari divanının teksoloji tədqiqi" mövzusunda namizədlik dissertasiyası, 1996-cı ildə isə "Azərbaycan şeir sənətinin genezisi, formalaşması və təkamül yolları" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 2014-cü ildə professor elmi adı almışdır. 14 kitabın və 200-ə yaxın elmi məqalənin müəllifidir. Əsərləri Rusiyada, İranda, Türkiyədə, Koreyada və başqa ölkələrdə çap olunmuşdur.
Kitabları Nizami Gəncəvi əsərlərinin əlyazmaları dünya kitab xəzinələrində. (C. Qəhrəmanovla birlikdə) Bakı: Elm, 1987 (rus di-lində).-84 s. Azərbaycan şeir mədəniyyəti (yaranma və təkamül dövrü). Bakı: Ozan, 1996.-87s. Füzuli ensiklopediyası (sözlük). R. Hüseynov və b. ilə birlikdə Bakı: Nurlan, 2005.-132 s. Qədim Turan: mifdən tarixə doğru. Bakı: MBM, 2006.-120 s. Şahi divanının tənqidi mətni. Bakı: Nurlan, 2007.-226s. Fars əlyazmaları kataloqu. III c. M. Nağısoylu və b. ilə birlikdə. Bakı: Nurlan, 2007.-446 s. Mifin mənşəyi, mahiyyəti və tipologiyası. Bakı: Elm və təhsil, 2010.-180 s. Azərbaycan şeir sənətinin genezisi, formalaşması və təkamül yolları. Kirov: Vyatka Dövlət Universiteti nəşr.-tı, 2011 (rus dil.-də).-179 s. Fars əlyazmaları kataloqu (tarix və coğrafiyaya aid əsərlər). (H. Nəcəfov və b. ilə birlikdə). Bakı: Elm və təhsil, 2013. — 378 s. Elmi mübahisələr. Bakı: Elm və təhsil, 2015. — 160 s. Nizami Gəncəvi əsərlərinin əlyazmaları dünya kitab xəzinələrində. Gəncə: AMEA Gəncə bölməsi, 2016. — 245 s.
Tərcümələri Təzkireyi-Nəvvab (Fars dilindən tərcümə). N. Qarayev və b. ilə birlikdə. Bakı: Azərbaycan nəşr.-tı, 1998.-560 s. Mir Məhəmməd Hüseyn Mömin. Həkim Möminin təhfəsi (Fars dilindən tərcümə, müqəddimə və izahlar). Bakı: Elm və təhsil, 2013.-371 s. Birlayn C. F. Paralel mifologiya (Rus dilindən tərcümə). Bakı: Elm və təhsil, 2014.-288 s.
İstinadlar
Kateqoriya:Azərbaycan şərqşünasları Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:Azərbaycan filoloqları Kateqoriya:Filologiya elmləri doktorları Kateqoriya:Professorlar Kateqoriya:Bakı Dövlət Universitetinin məzunları Kateqoriya:Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin elmlər doktorları