Erix Kestner (23 fevral 1899, Drezden - 29 iyul 1974, Münhen) - yəhudi əsilli alman yazıçı.
Həyatı
Erix Kestner 1899-cu ildə Drezdendə anadan oldu. Birinci Dünya müharibəsinə qatıldı. Müharibədən sonra liseyi bitirib universitetdə alman dili, tarix, fəlsəfə və teatr tarixi oxudu. Qəzetlərdə redaktor və teatr tənqidçisi kimi işləməyə başladı. 1933-cü ildə hakimiyyətə gələn nasistlər bütün kitablarını yandırdılar. İki dəfə qestapo tərəfindən həbsə atıldı və 1943-cü ildə yazıçılıq etməsinə qadağan qoyuldu. Müharibədən sonra teatr və film sahəsindən fəaliyyət göstərdi. 1969-cı ildə ədəbiyyat yaradıcılığına son verdi. 1974-cü ildə Münhen şəhərində vəfat etdi. Həyatında bir çox mükafata layiq görüldü. Uşaq romanları bir çox dillərə tərcümə olundu. Kastnerin yazdığı uşaq romanları uşaq ədəbiyyatında yeni cığır açdı.
Əsərləri
Açıqgöz axmaqlar. Kiçik Xəfiyyələr. Uçan sinif. Yalançı Baron. Nöqtəcik və Anton. Heyvanların iclası. Kiçik adam və kiçik xanım. Mən kiçik bir uşaq ikən. 35 may. Əkizlərin məqsədi nədir? Gözəllik salonundakı donuz və digər hekayələr. Təlxəkin qəribə hekayələri. Don Kixot (Erix Kastnerin). Qulliverin səyahəti (Erix Kastnerin). Mənim Franz əmim. Kiçikcik sərhəd. Lotti və Liza
Xarici keçidlər Əsərlərinin türk dilinə tərcümə olumuş variantları
Kateqoriya:Almaniya yazıçıları Kateqoriya:Yəhudi yazıçılar Kateqoriya:Almaniya jurnalistləri Kateqoriya:XIX əsr yazıçıları Kateqoriya:XX əsr yazıçıları Kateqoriya:Birinci Dünya müharibəsi iştirakçıları Kateqoriya:Drezdendə doğulanlar Kateqoriya:Münxendə vəfat edənlər Kateqoriya:Almaniya şairləri Kateqoriya:"Almaniya Federativ Respublikası qarşısında xidmətlərinə görə" ordeninin komandorları Kateqoriya:XX əsr Almaniya yazıçıları Kateqoriya:Pasifistlər