Nəsrin Cavadzadə () — əslən azərbaycanlı olan Türkiyəli serial və kino aktrisası.
Həyatı 1982-ci il iyulun 30-da Bakıda anadan olub. 11 yaşında ailəsi ilə birlikdə Türkiyəyə getmişdir.
Mərmərə Universiteti Kino və Televiziya Fakültetinin məzunudur. Şahika Tekand Studio Oyunçularında 2 il aktyorluq təhsili alıb.
2007-ci ilin ATV'nin "Yersiz Yurdsuz" adlı serialında oynadı. Ertəsi il Hüseyn Qarabəyin "Getmək: Mənim Marlon və Brandom" və Camal Şanın "Dilbərin Səkkiz Günü" adlı filmlərində iştirak etdi. Daha sonra "Kiçik Ağa" adlı serialda rol aldı. 2014-cü ildə çəkildiyi "Quzu" adlı filmdə canlandırdığı Mədinə obrazı ilə 51-ci Antalya Qızıl Portağal Film Festivalının Ən Yaxşı Qadın aktrisa mükafatına layiq görüldü.Nəsrin Cavadzadə Türkiyənin "Ən yaxşı aktrisa"sı oldu: [Türkiyədə yaşayan həmyerlimiz haqqında] //Mədəniyyət.- 2014.- 22 oktyabr.- S.16.
Nəzrin Cavadzadə görkəmli alim Mirməmməd Cavadzadənin nəvəsidir.
Filmoqrafiya İlFilmRolQeydlər və Mükafatlar2007Yersiz YurdsuzSunaBazar — Bir Ticarət NağılıƏczaçı2008Dilbərin Səkkiz GünüDilbər19-cu Ankara Beynəlxalq Film Festivalı Ən Yaxşı Qadın Aktrisa Mükafatı 3-cü Beynəlxalq Bursa İpək Yolu Film Festivalı Ən Yaxşı Qadın Aktrisa Mükafatı3-cü Ərzurum Dadaş Film Festivalı Ən Yaxşı Qadın Aktrisa MükafatıAday—42-ci Sinema Yazarları Dərnəyi Mükafatları Ən Yaxşı Qadın Aktrisa Performansı2009Getmək: Mənim Marlon və BrandomDərya2010AcıNəvəSamanyoluMələkTeleviziya serialı2011Gözəl Günlər GörəcəyikAnna48-ci Antalya Qızıl Portağal Film Festivalı Ən Yaxşı Köməkçi Qadın Aktrisa Mükafatı 23-cü Ankara Beynəlxalq Film Festivalı Ən Yaxşı Qadın Aktrisa MükafatıAl YazmalımAyçaTeleviziya serialıYanğın VarAsya23-cü Ankara Beynəlxalq Film Festivalı Ən Yaxşı Qadın Aktrisa Mükafatı2012Ağır Roman Yeni DünyaQara LeylaTeleviziya serialı2013Görüş Günü QadınlarıLaləTeleviziya serialı2014Kiçik AğaBaşakTeleviziya serialı2014QuzuMədinə51-ci Antalya Qızıl Portağal Film Festivalı Ən Yaxşı Qadın Aktrisa Mükafatı2015Son MəktubTibb bacısı Nihal2026Daha 17Şebnem
İstinadlar
Xarici keçidlər Nesrin Cavadzade IMDb Nəzrin Cavadzadə KinoTap Yurdum, yuvam, məskənimsən…
Kateqoriya:Azərbaycanlı aktyorlar Kateqoriya:Azərbaycan televiziya aktrisaları Kateqoriya:Türkiyə aktrisaları Kateqoriya:Türkiyə azərbaycanlıları Kateqoriya:XXI əsr Türkiyə aktrisaları Kateqoriya:Türkiyə müsəlmanları Kateqoriya:Azərbaycan film aktrisaları Kateqoriya:Türkiyə film aktrisaları