() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Təbii yayılması Cənubi və Şərqi Zaqafqaziya, Ukrayna, Moldova, Orta Asiya, Kopetdağ, Badxız, Pamir Alay, Türkiyə, İraq, İran və Əfqanıstanda təbii arealı vardır.

Botaniki təsviri Təbiətdə hündürlüyü 6 m-ə qədər, ağac və ya kol şəklində olan oduncaqlı bitkilərdir. Gövdəsinin qabığı qara və ya tünd qonur rəngində olur. Bitkinin yarpaqları çox kiçilmiş və pulcuq halını almışdır. Çiçəkləri ikicinsli 4-5 üzvlü çiçək tacı ağ və ya çəhrayı rəngdədir. Erkəkciyi 4 ədəd olmaqla bölümlüdür. Çiçək tacı ilə eyni səviyyədə yerləşir və ya ondan azacıq uzundur. Aprel-may ayında çiçəkləyir. Meyvəsi iyul-avqust aylarında yetişir və qutucuq meyvədir.

Ekologiyası Çay və kanal sahillərində rast gəlinir. Təbiətdə generativ və vegetativ yolla çoxalır. Başlıca olaraq insan fəaliyyətidir. Mədəni şəraitdə nəbatat bağlarında becərilir. Xüsusi qəbul edilmiş qoruma tədbiri yoxdur.

Azərbaycanda yayılması Azərbaycanın nadir bitkisidir və arealı geniş deyildir. Abşeronun dənizsahili qumluqlarında, aran rayonlarında çay və kanalların kənarlarında qumlu dərələrdə, şoran və qumlu ərazilərdə, Araz sahillərində təbii halda yayılmışdır. Azərbaycanın "Qırmızı kitab"ına daxil edilməsi zəruridir.

Qəbul еdilmiş qоrumа tədbirləri Xüsusi qəbul edilmiş qoruma tədbiri yoxdur.

Zəruri qоrumа tədbirləri Azərbaycanın "Qırmızı Kitab"ına daxil edilməsi zəruridir.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Türkiyə florası Kateqoriya:Bolqarıstan florası Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:20–24 ID olan Taksonbar