Ammónius Sákkas (; ; ) — yunan filosofu, Plotinin və Origenin müəllimi. Neoplatonizmin yaradıcısı sayılır.
Həyatı və fəlsəfəsi O, xristian ailəsində tərbiyə almışdır. Sonra isə Xristianlıqdan imtina etmiş, antik fəlsəfi irsi əsasında öz fəlsəfəsini irəli sürmüşdür. Ancaq, Ammoniusdan heç bir yazılı ədəbiyyatın qalmadığına görə onun fəlsəfi fikirlərini bərpa etmək çox çətin olmuşdur.
Ammoniusun bir sıra tanınmış öyrənciləri olmuşdur. Onların arasında Plotin və tanınmış xristian ilahiyyatçısı Origen də olmuşdurlarPlotinus. The Ethical Treatises, being the Treatises of the First Ennead, with Porphry’s Life of Plotinus, and the Preller-Ritter Extracts forming a Conspectus of the Plotinian System / Translated by Stephen Mackenna. Boston: Charles T. Branford, 1918, p. 3..
Məlumdur ki, Ammonius bədən və ruh haqqında dualist fikirləri irəli sürmüşdür. Onun fikrincə bədəndə cisimsiz ruh vardır, o bədənin təbiətindən fərqlidir və maddə deyildir. Ruh yuxuda ya da insanın dərin düşüncələrə qapandığı zaman bədəndən müvəqqəti ayrıla bilər. Ammonius və onun öyrənciləri ilk dəfə “teosofiya” sözünü işlətməyə başlamış və bu anlayışı təlim halına gətirmişdirlərТеософия // Краткий философский словарь. М.: ТК Велби, Издательство Проспект, 2004.. Bu təlimin vasitəsi ilə Ammonius bütün dinlər və inancları birləşdirmək istəmişdir.
Mənbə
Ədəbiyyat
Armstrong, A., (1967), The Cambridge History of Later Greek and Early Medieval Philosophy, Cambridge University Press, pp. 196–200. Karamanolis, G., (2006), Plato and Aristotle in Agreement?: Platonists on Aristotle from Antiochus to Porphyry, Oxford University Press, pp. 191–215. Reale, G., (1990), A History of Ancient Philosophy IV: The Schools of the Imperial Age, SUNY Press, pp. 297–303. Асмус В. Ф. Античная философия. — M: Высшая школа, 1998.
Xarici bağlantılar Porphyry, Against the Christians (2004). Fragments. The Reaction to the Bible in Paganism Origen - Internet Encyclopedia of Philosophy
Həmçinin bax Neoplatonizm
İstinadlar
Kateqoriya:Fəlsəfə tarixi Kateqoriya:Antik fəlsəfə Kateqoriya:III əsr filosofları Kateqoriya:Ontoloqlar Kateqoriya:Metafiziklər Kateqoriya:Neoplatonistlər Kateqoriya:Qədim Roma filosofları Kateqoriya:Epistemoloqlar Kateqoriya:Qədim Yunanıstan filosofları Kateqoriya:Etika tarixi