Oskar Ribeyro de Almeyda Nimeyer Soares Filho (; d. 15 dekabr 1907, Rio-de-Janeyro, Braziliya – ö. 5 dekabr 2012, Rio-de-Janeyro, Braziliya) — dünya memarlığında iz qoymuş braziliyalı memar. O əsərləri üçün dəmir-beton istifadəsi ideyasının təşəbbüskarı olmuşdur. Nimeyerin layihələndirdiyi binaların boş hissələri və çox qəribə naxışları var. Ən böyük işi Braziliya şəhərinin planını hazırlamaq olmuşdur.

Dövrün Braziliyadakı məşhur memarlarından Lusio Kosta və Karlos Leanın ofislərində memarlıq karyerasına addım atan Nimeyer, vaxt keçdikcə beynəlxalq müasir memarlığın ən tanınmış təmsilçilərindən biri olmuşdur. 1939-cu ildə Nyu Yorkda təşkil edilmiş ümumdünya sərgisindəki Braziliya pavilyonunun dizaynı ilə beynəlxalq memarlıq dünyasında daha da tanınmağa başlayan memar, Pampulyada daha geniş yayılmış böyük və fərqli məzmunlu layihələri hazırlamaq imkanı əldə etmişdir. Lakin çox məşhur bir memar olmasında və müasir memarlığın mühüm əsərlərindən bəzilərini yaratmasında Braziliya şəhərindəki dizaynlarının təsiri də az olmamışdır.

Gənclik illərindən bəri kommunist ideologiyanı mənimsəyən və 1945-ci ildə Braziliya Kommunist Partiyasına üzv olan Oskar Nimeyer, 1964-ci ildə baş verən hərbi çevrilişdən sonra siyasi görüşlərinə görə 1985-ci ilə qədər xaricdə yaşamışdır. Bu dövrdə daha çox Braziliya xaricində layihələr həyata keçirən memar, ölkəsinə qayıdışından sonra həm ölkə içi, həm də xaricdə fəaliyyətinə davam etmişdir. Bir çox milli və beynəlxalq mükafatlar qazanmışdır.

Hazırladığı strukturlarda müxtəlif məqsədli istifadələri qeyri-adi şəkillərdə istifadə etməsi ilə tanınan memar, "monumental tikililərin heykəltəraşı" kimi qiymətləndirilmişdir.

Həyatı 85px|thumb|left|Oskar Nimeyer (1917) Oskar Nimeyer 15 dekabr 1907-cı il tarixində Braziliyanın paytaxtı Rio-de-Janeyroda yerləşən və daha sonra babası Ribeyru de Almeydanın adı veriləcək olan Laranjeyras bölgəsində dünyaya gəlib. Nimeyerin iki qardaşı və bir bacısı olmuşdur. Babası Braziliya konstitusiya məhkəməsinə baxan dövlət naziri idi. Nimeyer ailəsini katolik mənşəli bir burjua ailə olaraq tərif edir. 21 yaşında İtaliyadan köçmüş bir ailənin qızı olan Annita Baldo ilə evlənmiş və ondan Anna Mariya Nimeyer adlı bir qızı olmuşdur. Bu qızından dörd nəvəsi var. Nimeyerin ilk həyat yoldaşı 2004-ci ildə vəfat etmiş, 16 noyabr 2006-cı il tarixində (98 yaşında) özündən 38 yaş gənc olan assistenti Vera Lusiya Kabrera ilə evlənmişdir.

İş həyatına atasının mətbəə ofisində başlamışdır. Bir müddət sonra Eskola də Belas Artes məktəbində təhsil almağa başlamış və 1934-cü ildə memar/mühəndis olaraq məzun olmuşdur. Məzun olduğu dövrdə pulla bağlı problemlər yaşasa da, memar Lusio Kosta və Karlos Leanın ofislərində pulsuz işləməyə başlamışdır.

Zaman içində memar olaraq daha çox tanınmağa başlayan Oskar Nimeyer 1945-ci ildə ömürlük üzv qalacağı və 1992-ci ildə sədri olacağı, Braziliya Kommunist Partiyasına qatılmışdır. Kommunizmə görə hərbi diktatura dövründə güclü təzyiqlərə məruz qalmışdır. Bu dövrdə Avropaya sürgünə getmək məcburiyyətində qalacaq olan memarın ofisinə basqınlar təşkil olunur; rəsmlərinə və digər işlərinə əl qoyulurdu. 1985-ci ildə hərbi dikatorluqdan demokratiyaya dönüşün başlaması ilə Braziliyaya geri qayıdan Oskar vəfat etdiyi il - 2012-ci ilə qədər peşəsini davam etdirmişdir. Ürək çatışmazlığından əziyyət çəkən Oskar Nimeyer 2012-ci ilin 5 dekabr tarixində respirator infeksiyası nəticəsində vəfat etmişdir.Pritzker Architecture Prize, "Oscar Niemeyer, 1988 Laureate"

Fəaliyyəti

Oskar Nimeyer dövrünün Braziliyadakı ən məşhur memarlarından Lusio Koşta və Karlos Leaonun emalatxanalarında memarlıq karyerasında ilk addımlarını atmışdır. Zaman keçdikcə müasir memarlığın ən əhəmiyyətli şəxslərindən birinə çevrilmişdir. 1939-cu ildə Nyu York dünya sərgisində Braziliya pavyonu dizaynı ilə dünya memarlığında məşhurlaşmağa başlamış, Pampulyada daha geniş yayılmış böyük və fərqli məzmunlu layihələr hazırlamaq fürsətini əldə etmişdir. Nimeyeri məşhur edən YUNESKO-nun dünyanın maddi sərvətləri siyahısına daxil edilmiş Braziliya şəhərindəki layihələri olmuşdur.

İlk işləri 150px|thumb|right|Gustavo Capanema Sarayı, Rio de Janeyro 150px|thumb|left|Gustavo Capanema Sarayı, Rio de Janeiro 1936-ci ildə dövrün Braziliya təhsil naziri tərəfindən Rio de Janeyrodakı Braziliya Təhsil və Dövlət Səhiyyə nazirliyinin yeni mərkəzinin (Qustavo Kapanema Sarayı) tikintisi üçün təcrübəçi memar olaraq vəzifə aldı. 1939-cu ildə bir qrup memar (Lusio Kosta, Karlos Lean, Affonsu Eduardu Reydi, Jorge Maçado Moreira, Ernani Mendes de Vaskonselos) bu mərkəzin tikintisi üçün iştirak etmişdir. Le Korbuzye isə bu qrupa 1936-cı ildə müşavir kimi kömək etmişdir.

Oskar Nimeyerin tələbi ilə bu quruluşa 1985-ci ildə yazıçı və pedaqoq olan Braziliyanın ilk təhsil naziri Qustavo Kapanemanın adı verilmişdir. 1930-cu illərdə tamamlandıqda dünyada dövlət sifarişi ilə başa çatmış ilk müasir göydələn idi. O dövrdə Le Korbuzye də hələ bu qədər yüksək bir modernist quruluş hazırlamamışdı. Le Korbuzyenin nəzəri olmayıb inşa edilmə imkanı əldə edən ilk çoxmərtəbəli dizaynı olan "Unité d'habitation" binası da ancaq 1947-ci ildə inşa edilməyə başlanmışdır.1943-ci ildə tamamlanan Qustavo Kapanema Sarayında həm Braziliya mədəniyyətinin, həm də modern stilinin materialları və üsullarından istifadə edilmişdir. Məsələn, ənənəvi Portuqaliya texnikası olan azulejo texnikası, Le Korbuzyeyə aid olan brise-soleil (günəş fasiləsi) texnikası, koloniya memarlığının rəng tonları, Burle Marks Robertonun tropik bağ dizaynları kimi faktorlar uğurlu bir şəkildə bir arada istifadə edilmişdir.

1939-ci ildə Oskar Nimeyer Nyu York (1939) dünya sərgisindəki Braziliya sərgi pavyonunu Lusio Kosta və Paul Lester Viner ilə birlikdə hazırladı. Bu layihədən təsirlənən dövrün New York bələdiyyə sədri Fiorello La Quardiya Oskara şəhərin açarını hədiyyə etdi.

XX əsrin ortalarına gəldikdə Braziliyadakı modernist arxitextura Reyner Banhamın qeyd etdiyi kimi "dünyadakı ilk milli müasir memarlıq stili" olaraq tanındı.1940 və 1950-ci illərdə buraxılan memarlıq jurnallarında, xüsusilə, Oskar Nimeyer və Affonsu Eduardu Reydinin layihələri geniş bir şəkildə yer tapmışdır.

Pampulya proyekti 200px|thumb|Pampulya Gölü'nün yanında yerləşən Assizli Fransisk kilsəsi, Belo Horizonte 200px|thumb|left|Pampulya gölü, Belo Horizonte 1940-ci ildə Oskar Nimeyer Minas-Jerays əyalətinin paytaxtı Belo Horizontenin bələdiyyə sədri olan Juselinu Kubiçek ilə tanış olmuşdu. Bələdiyyə sədri Juselinu Kubiçek əyalət valisi Benedito Valadares ilə birlikdə paytaxtın şimalında "Pampulya kompleksi" adlandırılacaq yeni şəhərətrafı kompleks yaratmağı Oskar Nimeyerə tapşırdı.

Braziliyada qeydiyyatdan keçmiş ilk müasir abidə olacaq və Müqəddəs Assizli Fransiskə həsr edilmiş olan Assizli Fransisk kilsəsi bu dövrdə inşa edilmişdir. Pampulya kompleksində kilsəyə əlavə olaraq bir kazino, rəqs mərkəzi, restoran, yaxta klubu, qolf klubu və 100 otağı olan bir hotelin (hotel inşa edilmədi) süni gölün ətrafına yerləşdirilməsi planlaşdırılmışdır. Valinin həftəsonları istirahəti üçün bir tikili də süni gölün yaxınlığında inşa edildi.

Bu tikililər 1943-ci ildə başa çatdıqda tikililər ətrafında mübahisələr gedirdi. Həmin il Nyu Yorkda yerləşən Nyu-york müasir incəsənət muzeyi (Moma) sərnişinlər üçün ayrılmış "Braziliya inşa edir" sərgisində bu layihə beynəlxalq aləmdə tanınma fürsəti əldə etdi. Başqa bir mübahisə də yeni inşa edilən Assizli Fransisk kilsəsi haqqında çıxdı. Minas-Jerays əyalətinin kilsə rəsmiləri bu kilsənin müqəddəs hesab edilməsinə və istifadəyə açılmasına, müasir və qeyri-adi dizaynına və rəssam Kandido Portinarinin altar divar rəsmlərinə görə 1959-cu ilə qədər qarşı çıxdılar. Oskar Nimeyer Pampulyada yaratdıqlarının müasir memarlığın monotonluqdan çıxması üçün ona imkan verdiyini bildirmiş və əlavə etmişdir:

Braziliya şəhərinin layihəsi 350px|thumb|right|Oskar Nimeyerin Braziliyada hazırladığı bəzi tikililər: Braziliya milli konqres binası, Milli Cümhuriyyət muzeyi (Braziliya), Braziliya baş kilsəsi, Milli kitabxana Juselinu Kubiçek 1956-ci ildə Braziliya prezidenti seçiləndən çox qısa bir müddət sonra 1956-cı ilin sentyabrında Oskar Nimeyeri evində Kasa das Kanoas (Rio de Janeyro şəhərindəki memarı özü olduğu ev projesi) ziyarət etmişdir. Avtomobildə Oskar Nimeyer ilə danışarkən iddialı təklifini onunla bölüşdü: "Bu ölkə üçün yeni paytaxt inşa edəcəyəm. Bunun üçün mənə kömək etməyini istəyirəm, Oskar, bu dəfə birlikdə Braziliyanın paytaxtını inşa edəcəyik".

Bu vəsilə ilə ölkənin yeni paytaxtının (Braziliya) hazırlanması layihəsini Oskar Nimeyere verdi. Yeni şəhərin hazırlanması üçün bir müsabiqə təşkil edən Nimeyer namizəd layihələrdən Lusio Kostanın layihəsinin həyata keçirilməsi üçün seçim etdi. Oskar Nimeyer Braziliya şəhərindəki tikililəri yaradarkən Lusio Kosta isə şəhərin planlaşdırılmasını həyata keçirməyə başladı.

Sonrakı aylarda Oskar Nimeyer Braziliya şəhərinin aparıcı kommersiya, mənzil və dövlət strukturlarından bəzilərini hazırladı. Bu tikililər arasında Braziliya dövlət başçısının rəsmi iş yeri olan Palsio da Alvorada, Braziliya milli konqres binası, Braziliya baş kilsəsi, bəzi rəhbərlik quruluşları və mənzil vahidləri kimi şəhər tikililəri yer alırdı. 300px|thumb|left|Braziliya Milli Konqres binası, Brasília, Braziliya Respublika mədəniyyət kompleksinin bir hissəsi olan milli kitabxana və milli cümhuriyyət muzeyi də bu dövrdə inşa edilib. Braziliya şəhərinin mühüm strukturlarının qurulması, tikilməsi və istifadəyə verilməsi dörd il ərzində tamamlandı.

Tikililərin çoxu Oskar Nimeyer tərəfindən hazırlanmış olması səbəbindən Braziliya şəhəri uzaqdan müşahidə olunduğu zaman bəzi dizayn elementlərinin çoxu regionda təkrar edildiyini, şəhərin tərz olaraq bir bütövlük içində olduğunu söyləmək mümkündür. Ən yaxın şəhərə kilometrlərlə uzaqda boş bir sahəyə bir şəhərin sıfırdan salınması və bunun çox qısa müddətdə gerçəkləşməsi Juselinu Kubiçekin ən böyük uğurlarından biri, hətta bəzilərinin fikrincə ən əhəmiyyətlisi kimi səciyyələndirilir. Hər nə qədər bəzi tarixçilər Braziliyanın tikintisini Amerika qitəsinin müstəmləkəçiliyinə bərabər olaraq səciyyələndirsə də, ümumən, müsbət reaksiyalar aldı. Oskar Nimeyer və Lusio Kosta bu şəhərin planlaşdırılmasını həyata keçirərkən bəzi yeni fikirləri də sınamaq imkanı əldə etdilər. Olduqca geniş və boş küçələrin varlığı bunun bir nümunəsidir. Oskar Nimeyer insanların eyni şəhərdə bir nöqtədən digərinə getməsi üçün 20 dəqiqədən artıq olmasının o insana hörmətsizlik olduğu şərhini vermişdir. Digər bir yeni şəhər planlaşdırma fikri isə tikililərin əksəriyyəti yerdən sütunlar və digər daşıyıcı sistemlər ilə yüksəldilməsidir; Beləliklə, məqsəd bu binaların boş qalan alt hissələrinin azad olması və təbiət ilə inteqrasiyası olunması idi.

Braziliya şəhərinin yaradılmasında Oskar Nimeyerin dünya görüşünə paralel bir şəkildə sosialist ideologiyaya istinad verən bir layihənin məqsədi də var. Bu məqsədə görə, şəhərdəki bütün yaşayış binalarının dövlətə məxsus olması və dövlət tərəfindən icarəyə götürülməsi nəzərdə tutulmuşdur. Bu məqsədə görə nazirlər ilə işçilər eyni tikililəri bölüşəcəkdilər. Lakin sonrakı illərdə bu ideologiya Juselinu Kubiçekdən sonra hakimiyyətə gələn dövlət başçılarının öz siyasi fikirlərinə görə rədd edilmiş və ya dəyişdirilmişdir.

1940-1950-ci illər 250px|thumb|right|Birləşmiş Millətlər baş qərargah binası, Nyu York 1945-ci ildə Braziliya Kommunist Partiyasına üzv olmuş, 1992-ci ildə isə bu partiyanın sədri seçilmişdir.