Jan Mankes (15 avqust 1889, Meppel – 23 aprel 1920, Eerbeek) — holland rəssam.

İşlədiyi mövzular avtoportretlər, mənzərə, quş və digər heyvanlar olmuşdur. Təhsilini Haaqadakı Kral İncəsənət Akademiyasında almış, Kris Lebau, Jan Şouten və Herman Veldhuisin tələbəsi olmuşdur. Karyerası boyunca təqribən 200 tablo, 100 eskiz yaratmışdır. 30 yaşında vərəm xəstəliyindən vəfat etmişdir.

Əsərləri Hollandiya’dakı Şerinqa Realizm Muzeyi, Arnhem Müasir İncəsənət Muzeyi və Belveder Heerenven Muzeyində sərgilənir.

Qalereya

İstinadlar

JanMankes.eu Jan Mankes at the Netherlands Institute for Art History

Kateqoriya:Niderlandda doğulanlar Kateqoriya:Niderlandda vəfat edənlər Kateqoriya:Vərəm xəstəliyindən ölənlər