Fərəculla xan Əmənulla xan oğlu Ağevli () — İran hərbçisi, İran Əncümən-e Ətər-e Millinin (ƏƏM) direktoru.
Həyatı Fərəculla xan Əmənulla xan oğlu 1887-ci ildə İsfahan şəhərində anadan olmuşdu. Əsədulla xanın nəvəsidir. O, hərbi məktəb bitirmişdi. Qardaşı kolonel Fəzlullah xanın himayəsində hərbi işə qatılmışdı. Jandarmeriyada xidmət etmişdi.
Fərəculla xan Ağevli 1921-ci ildə polkovnik rütbəsi almışdı.1925-ci ildə briqadir-general rütbəsinə layiq görülmüşdü. Xuzistan əyalətinə vali göndərilmişdi.
Fərəculla xan Ağevli Məhəmmədrza şah Pəhləvinin hakimiyyəti dönəmində Şahənşah ordusunun komandanı olmuşdu.
Fərəculla xan Ağevli 1974-cü ildə vəfat etmişdi.
Mənbə Ənvər Çingizoğlu, Qacarlar dövrünün hərbçiləri, Bakı, "Mütərcim", 2013. 334 səh.
Ədəbiyyat Parviz Afsar, Tāriḵ-e žāndārmeri-e Irān, Qom, 1332 Š./1953. Moḥammad-ʿAli Amir Jāhed, Sālnāma-ye pārs, Tehran, 1327 Š./1948. Stephanie Cronin, art. "Gendarmerie," EIr. X/4, pp. 398–405. Abu’l Ḥasan Eḥtešāmi, Rejāl-e Irān, Tehran, 1327 Š./1949, p. 169. Eṭṭelāʿāt-e sālāna 3, 1341 Š./1963. Nur-Allāh Lārūdi, Asirān, Tehran, 1332 Š./1943, p. 172. Ḏabiḥ-Allāh Qādimi, Sālnāma-ye āryān, Tehran, 1322 Š./1943. Rahnemā-ye ketāb 17/7–9, 1353 Š./1974, p. 656. Thomas M. Ricks, "U. S. Military Missions to Iran, 1943–1978: The Political Economy of Military Assistance," Iranian Studies 12/3–4, 1979, pp. 163–193. ʿIsā Ṣadiq, art. "Anǰoman-e Āṯār-e Melli, (AAM)." EIr. II/1, p. 83.
Həmçinin bax Fəzlulla xan Ağevli
İstinadlar
Xarici keçidlər
Kateqoriya:İran generalları Kateqoriya:İranın daxili işlər nazirləri