Malavi Gölü Milli Parkı — Afrikanın Malavi Respublikasında yerləşən və UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilən milli park.
Tarix Malavi Gölü Milli Parkı 1980-ci ilin noyabr ayında qurulub.
Haqqında
12 adanı əhatə edən milli parkda Nyasa gölündə olan 1000-ə yaxın balıq növünün demək olaraq ki, yarısı yaşayır. Bu balıqların böyük hissəsi buraya xas növlərdir. Göl, Malavini kəsən Nəhəng Rift Vadisinin əmələ gətirdiyi böyük vadidə yerləşir. Balıqlar xaricində parkda yaşayan məməli növləri də olduqca çoxdur: begemot, babon, vervet meymunu, Afrika fili və s. Milli parkda yerləşən Mumbo və Boadzulu adaları xüsusilə Ağ boğazlı qarabattaqın balalama yerlərindən biridir. Boadzulu adası timsahlar və digər sürünənlərə də ev sahibliyi etməkdədir.
İstinadlar
Kateqoriya:Malavi milli parkları Kateqoriya:24 noyabrda yarananlar Kateqoriya:1980-ci ildə yaradılmış qoruq əraziləri Kateqoriya:Malavidəki ümumdünya irsi