300px|thumb|right|Azərbaycanın İstiqlal Bəyannaməsi Azərbaycan dövlətçiliyi və ya Azərbaycan dövlətçilik ənənələri — azərbaycanlıların və Azərbaycan kimliyini qəbul edənlərin milli dövlətçiliyi.
1918-ci ilin may ayının 28-də Məhəmməd Əmin Rəsulzadənin də daxil olduğu bir qrup azərbaycanlı ziyalı Azərbaycan Xalq Cümhuriyyətinin yarandığını elan edərək, Rusiyanın bir əsr davam edən müstəmləkəçiliyinə son qoymuşdur. Bununla da Azərbaycanın həm dövlət, həm də millət kimi başlanğıcı qoyulmuşdur (azərbaycanlıların XV əsrin sonlarında etnik qrup olaraq formalaşması ilə qarışdırılmamalıdır).
1991-ci ilin oktyabr ayının 18-də Azərbaycan Respublikasının Ali Soveti Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul etmişdir. 1991-ci il dekabrın 30-da isə Konstitusiya Aktı ümumxalq səsverməsi və referendum yolu ilə təsdiq edilmişdir. Bu akt Azərbaycan Respublikasının dövlət müstəqilliyinin təmin edilməsi üçün hüquqi əsas yaratmış və ölkə öz dövlət müstəqilliyini bütün dünyaya bəyan etmişdir. Konstitusiya aktında Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi elan edilmişdir.
Tarixi-mədəni arxa plan
Azərbaycanda mövcud olmuş dövlətlərin idarəetmə sistemi 220px|thumb|left|Divanxana Qriqori Qaqarinin təsvirində Şirvanşahlar dövlətində Şirvanın vəziri — Şirvanşahın iltifatı ilə olsa da, dövlətin tam səlahiyyətli hakimi idi. Vəzirlərin hakimiyyəti, ilk növbədə, məmur təbəqəsinin nümayəndələri üçün bəxşiş mənbəyi idi. Əhalidən vergi yığmaq icazəsini (daman) vəzir verirdi. Bakı qalasındakı Cümə məscidi minarəsinin bünövrə daşındakı farsca kitabəyə görə Şirvanda, ehtimal ki, XI–XII əsrlərdə Şamaxıda, XIII–XIV əsrlərdə isə Bakıda vəzirlər divanı (divan əl-vüzəra) mövcud olmuşdur.Бeйлиc — Coчинeния Macyдa ибн Haмдapa, c.19, 28, 31. Sultan Məhəmməd Olcaytunun (1304–1316) yarlığının mətnindən ibarət olan bu kitabədə Bakıdakı divan xatırlanır.Aлизaдe — Coциaльнo-экoнoмичeckaя и пoлитичeckaя иcтopия Aзepбaйджaнa, c.207–209Aшypбeйли. Oчepк… c.106–107.
Quba xanlığında irsi idarəçilik, yəni monarxiya rejimi mövcud idi. Monarxiyanın başında qeyri-məhdud qanunverici, məhkəmə və icra hakimiyyətinə malik xan dayanırdı. Hakimiyyət atadan böyük oğula keçirdi. Xan hakimiyyəti həm icra formasında, həm də feodal hüququnun yardımı ilə məhkəmə formasında həyata keçirilirdi. Hüquq qeyri-rəsmi səciyyə daşıyırdı. Onun mənbəyi şəriət, ilk növbədə Quran idi. Hüququn digər, daha az vacib olmayan mənbəyi yerli adətlər idi. Xanın istədiyi şəxslərə torpaq, yaxud torpaqdan alınan gəliri bağışlamaq hüququ vardı. Xanın yanında "Divanxana" və yaxud "Xan şurası" mövcud idi. Divanxana məşvərətçi orqan idi. Burada mühüm dövlət məsələləri: hərb və sülh vergilərin təyin olunması və toplanması, itaət göstərməyən bəylərə divan tutulması və onların əmlakının müsadirə olunması, mühüm cinayət işləri və digər dövlət əhəmiyyətli məsələlər nəzərdən keçirilirdi. Divanxanada ən yüksək vəzifələr vəzir, divanbəyi, qalabəyi, xəzinəağası, qoşunnavis, fərrasbaşı idi.
Qarabağ xanlığını tam müstəqil hakimiyyətə malik olan "xan" idarə edirdi.Əmrahov Mais, Çingizoğlu Ənvər, Həsənov Habil. s.38. Qarabağ xanlığında "divan" yaxud "divanxana" fəaliyyət göstərirdi.Bayramova Nailə. s.24 Divanxanalara qeyri-məhdud hüquqa malik olan xanlar başda olmaqla yüksəkvəzifəli şəxslər və xanın köməkçiləri rəhbərlik edirdilər. Qarabağ xanlığında "vəzir" divanxanada mühüm rol oynayırdı. Vəzir adətən xanın ən sədaqətli və inanılmış adamlarından təyin edilirdi. Vəzir həm savadlı, həm də geniş dünyagörüşünə malik olmalı idi. Xanlıq divanxanasında yüksək vəzifə daşıyanlardan biri də "divanbəyi" idi. Bu rütbəni müəyyən ruhanilər icra edirdilər və divanbəyilər həm də "qazı" adlandırılırdılar.Hüseynov Yunis. s.50.
Azərbaycanlıların etnik qrup və millət kimi formalaşması
XI–XIII əsrlərdə Səlcuqlar və Elxanilər dövründə oğuz tayfalarının Şərqi Zaqafqaziya və İran Azərbaycanına gəlişi ilə Azərbaycan xalqı formalaşmağa başlamış və bu proses XV əsrin sonlarına qədər davam etmişdir.Field Listing :: Ethnic groups (англ.). The World Factbook. ЦРУ. Проверено 23 мая 2012.
İran mədəniyyəti və tarixini öyrənən İranika Ensiklopediyasına görə, Azərbaycan türkləri Səfəvilər dövlətinin qurucuları idi.Encyclopædia Iranica: Iran V. Peoples Of Iran. A General Survey The Azeri Turks are Shiʿites and were founders of the Safavid dynasty. Səfəvi imperiyasında Azərbaycan dili hakimiyyətin, sarayın, qızılbaş hərbi təşkilatının və dini liderlərin dili, dövləti idarə edən sülalənin ana dili idi.Mazzaoui, Michel B; Canfield, Robert (2002). "Islamic Culture and Literature in Iran and Central Asia in the early modern period". Turko-Persia in Historical Perspective. Cambridge University Press. pp. 86–7. ISBN 978-0-521-52291-5.
XVIII əsrdə Əfşar dövlətinin parçalanmasından sonra Azərbaycan xanlıqları dövrü yarıməsrlik Azərbaycan müstəqilliyi dövrü (Əfşar, Zənd və Qacarlardan asılılığın olmaması və ya qismi asılılığın olması) olmuşdur.Swietochowski, Tadeusz (2004), "Azerbaijani khanates and the conquest by Russia", Russian Azerbaijan, 1905–1920: The Shaping of National Identity in a Muslim Community, Cambridge, UK: Cambridge University Press, ISBN 0521522455 ''Thus began a half-century-long period of Azerbaijani independence, albeit in a condition of deep political fragmentation and internal warfare'' Bu xanlıqları idarə edənlər türk mənşəli sülalələr idi.Tadeusz Swietochowski, Russia and Azerbaijan: A Borderland in Transition (New York: Columbia University Press), 1995, page 27–28
Tiflisdə yaşayan müsəlman ziyalıları arasında 1879-cu ildən başlayaraq "Azərbaycan dili" dil adı yayılmış, onlar bu dildə danışanları "azərbaycanlı" adlandırmışdır. "Azərbaycanlı" adının tətbiqində birinci səbəb istifadə edilən müsəlman kimliyinin düzgün hesab edilməməsi idi. İkinci səbəb isə ziyalıların fikrinə görə, azərbaycanlıların Volqa və Krım tatarlarından və Osmanlı türklərindən fərqli bir mədəniyyət, adət-ənənə və dilə malik olması idi.SHIONOZAKI, Shinya. (2015). The Transition from Tatar to Azerbaijani. Bulletin of the Society for Near Eastern Studies in Japan. 57. 41–62. 10.5356/jorient.57.2_41. page 41.
Digər xalqların dövlətçiliyində iştirak
right|thumb|300x300px|Molla Şəmsəddin Əhməd Qarabaği, Seyyid Loğman Urməvi və Alimin əmrindəki nəqqaş və xəttatlar məclisiÇağman, F. (1973). Şehname-i Selim Han ve Minyatürleri. Sanat Tarihi Yıllığı(5), 411–442. Azərbaycanlı-türkmənlər həm İran fars dili və mədəniyyətində, həm də dil və mənşə baxımından bağlı olduqları Osmanlı türk mədəniyyətində dominant olduqları üçün iki mədəniyyət arasında elçi rolunu oynamış, xüsusilə Osmanlı ali saray mədəniyyətinin yaranmasına rəhbərlik etmişdir. Osmanlı vəziri Çandarlı Əli Paşa klassik İslam qanunlarını, saray yaşayış ədəbini, bürokratiya üsullarını, qulam sistemini, maliyyə metodlarını, azərbaycanlı-iranlı bürokratlarının köməyi ilə tətbiq edərək Osmanlının dövlət idarəsində və saray həyatında islahatlar həyata keçirmişdi. Osmanlı hökmdarları Orta Asiya və Azərbaycanda türk və fars dillərini bilən münşi, şair və alimləri öz paytaxtına çəkmək üçün fədakarlığa hazır idi. Səfəvi şahı I İsmayıl dövründə (h.i. 1501–1524) isə ölkədən qaçan Ağqoyunlu bürokratları Osmanlı dövlətinə sığınmışdı. Osmanlının Səfəvilər imperiyasındakı zəfərləri nəticəsində türk və azərbaycanlı şəxsi heyət Osmanlının hərbi elitasına daxil olmuşdur.
Dövlətçilik tarixi
AXC və Araz Türk Cümhuriyyəti
thumb|Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin açılışı. 7 dekabr 1918-ci il|300px right|thumb|300px|Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin iclası
1918-ci ilin may ayının 28-də Məhəmməd Əmin Rəsulzadənin də daxil olduğu bir qrup azərbaycanlı ziyalı Azərbaycan Xalq Cümhuriyyətinin yarandığını elan edərək, Rusiyanın bir əsr davam edən müstəmləkəçiliyinə son qoymuşdur. Bununla da Azərbaycanın həm dövlət, həm də millət kimi başlanğıcı qoyulmuşdur (azərbaycanlıların XV əsrin sonlarında etnik qrup olaraq formalaşması ilə qarışdırılmamalıdır Field Listing :: Ethnic groups (англ.). The World Factbook. ЦРУ. Проверено 23 мая 2012.).
Müstəqil dövlətin mühüm atributlarından biri olan dövlət dili məsələsi yenicə yaranmış Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin diqqət mərkəzində idi. Cümhuriyyət Hökuməti 1918-ci il 27 iyun tarixli qərarı ilə o zaman "türk dili" adlanan Azərbaycan dilini dövlət dili elan etmişdir. Həmin qərar Gülüstan və Türkmənçay müqavilələri ilə Azərbaycanın ikiyə bölünməsindən sonra ana dilinin dövlət dili kimi işlədilməsinə aid ilk sənəddir.
Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin ilk təsis iclası 1918-ci ilin dekabr ayının 7-də Bakıdakı Tağıyev qız məktəbində keçirilmişdir. Azərbaycan parlamentinin qanunvericilik və mərkəzi dövlət orqanlarını formalaşdırmaq, onların səlahiyyətini müəyyən etmək funksiyasından başqa bu və ya digər orqanın hesabatını dinləyib, onlar haqqında müvafiq qərar qəbul etmək, eləcə də ali dövlət nəzarətini həyata keçirmək funksiyaları var idi. Parlament iclaslarının gündəliyindən xeyli hissəsi bu məsələlərə həsr edilmiş və bu barədə xüsusi qərarlar qəbul olunmuşdu.
Azərbaycan Cümhuriyyətinin fəaliyyəti dövründə ölkənin idarəçiliyi ilə bağlı bütün məsələlər Böyük Nazirlər Şurasının iclaslarında kollegial şəkildə müzakirə və həll olunur, müvafiq qərarlar qəbul edilirdi. Böyük Nazirlər Şurasında ölkənin idarə olunması ilə bağlı bütün məsələlərə — dövlət quruculuğu, iqtisadiyyat, sənaye, kənd təsərrüfatı, maliyyə, ümumiyyətlə, bütün təsərrüfat sahələri üzrə işlərin təşkilinə, elmin, təhsilin, mədəniyyətin və s. yenidən qurulmasına baxılırdı. Ölkənin xarici siyasəti, onun müdafiəsi və s. məsələlər məhz Böyük Nazirlər Şurasının iclaslarında geniş müzakirə edilir və müvafiq qərarlar qəbul olunurdu.
Azərbaycan SSR və Naxçıvan MSSR
thumb|300px|Azərbaycan və rus dillərində "Bakı proletariatının 10 illik mübarizəsi (1917–1927)" yazılı plakatı. Pilləkənlərin üzərində "1920" rəqəmi, aşağıda "AzSSR" yazısı olan Qızıl Ordu əsgəri və gerb, altında isə "28/IV" tarixi yazılmışdır.
1937–1995-ci illərdə Azərbaycan Sovet Sosialist Respublikasında dövlət hakimiyyətinin ali və yeganə qanunverici orqanı Azərbaycan Ali Soveti idi. Azərbaycan SSR Nazirlər Soveti 1946-cı il martın 28-də Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə yaradılmışdır. Bu dövrədək orqan Azərbaycan SSR Xalq Komissarları Soveti (1920–1946-cı illərdə mövcud olmuş qurum) adlanmışdır. Azərbaycan SSR Nazirlər Soveti Azərbaycan SSR Ali Sovetinin hər çağırışının birinci sessiyasında təşkil edilirdi. Nazirlər Sovetinin tərkibinə Nazirlər Sovetinin sədri, onun birinci müavini, müavinləri, Azərbaycan SSR nazirləri, dövlət komitələrinin sədrləri, Azərbaycan SSR Konstitusiyasının 48-ci maddəsində göstərilmiş digər mərkəzi idarələrin rəhbərləri, Naxçıvan MSSR Nazirlər Sovetinin sədri (vəzifəsinə görə) daxil edilirdi. Azərbaycan SSR Nazirlər Soveti Azərbaycan SSR Ali Soveti, onun sessiyaları arasındakı dövrdə isə Ali Sovetin Rəyasət Heyəti qarşısında məsul olur və hesabat verirdi.
Sovet dövründə Azərbaycanın sovet ordusu tərəfindən işğal edildiyi 28 aprel tarixi bayram günü kimi qeyd edilmişdir. 1991-ci ilin 26 aprelində Bakı Ali Partiya Məktəbində "Azərbaycanda Sovet hakimiyyətinin qurulması: milli dövlətçilik və sosial tərəqqinin dialektikası" adlı elmi-nəzəri konfrans keçirilmişdir. Konfransın açılışında filoloq, tarix elmləri namizədi R. Q. Ağayev qeyd etmişdir ki, bu konfrans 28 aprel gününün yeni elmi baxışla öyrənilməsinə başlamağa həsr olunmuşdur. Filosof, akademik Əfrand Daşdəmirov burada qeyd etmişdir: